Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov mövcud beynəlxalq vəziyyətdən narahatlığını və Rusiya ilə Azərbaycan arasında mövcud problemlərdən təəssüfləndiyini bildirib.
Bu barədə onun Telegram kanalında məlumat verilib. Məlikov münaqişənin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib və vurğulayıb ki, bu cür insidentlərdən tez-tez qardaş xalqların mübahisəsi üçün istifadə olunur. O xatırladıb ki, Dağıstanda Azərbaycandan xeyli sayda mühacir yaşayır.
Hər kəsə müraciət edirəm: dağıstanlılara da, azərbaycanlı qardaşlarımıza da — qardaşlıq əlaqələrimizin dağılmasına imkan verməyin. Duyğulara və təxribatlara təslim olmayın, Məişət millətçiliyini alovlandırmağa icazə verməyin, — Sergey Melikov bildirib.
Sonda yalnız rəsmi və sübut edilmiş məlumat mənbələrinə etibar etməyə çağırdı.