Sergey Melikov Dağıstanda turizmin inkişafı haqqında Rosturizmə danışdı

Dağıstan rəhbəri Sergey Melikov Rosturizmin iclasında Dağıstanın turist qəbulu üçün yay mövsümünə hazır olduğunu bildirib.

Bu gün aprelin 13-də Rosturizmin mətbuat konfransı çərçivəsində Sergey Melikov respublikanın turistlərin qəbuluna hazır olduğunu bildirib. «Bu bizim üçün böyük məsuliyyətdir və biz sevinirik ki, nəhayət deyə bilərik ki Qafqaz yalnız qonaqpərvərlik və təbiətlə fərqlənmir, region o qədər təhlükəsiz olub ki insanlar hər vasitə ilə Qafqaza getməyə hazırdırlar və hətta velosipedlərlə də gəlirlər.» — deyə regionun rəhbəri bildirib.
O, videokonfrans iştirakçılarına turistlər tərəfindən tez-tez ziyarət olunan Dağıstanın görməli yerləri barəsində xüsusilə etnik və sənaye turizmi qeyd edərək danışıb. Bundan əlavə Melikov bildirib ki, «İnturist» turoperatoru yaxın vaxtlarda Turizm üzrə Federal agentliyinin Turizm çarterlərinin subsidiyalaşdırılması proqramı çərçivəsində Moskva -Mahaçqala çarter reyslərinin işə salınması planlaşdırılır.

«Oxşar layihələr respublikamızı yalnız rus turistlərinə açmır həmçinin turizm mövsümündə müntəzəm reyslərdən kritik yükü aradan qaldırır «- deyə region rəhbəri bildirib.
O, şirkət və Rosturizmə tur operatorlarını dəstəklədiklərinə görə təşəkkür etdi.

13 aprel 2022

Patimat İbrahimova