Sevilən şairə

Dərbənd deyiləndə, o dəqiqə bu xanımın adı düşür yada. Dərbəndi boynuna boyunbağı bilə, qoluna bazubənd bilən, Dərbənd deyiləndə zəyif gözlərində işığ parlayan, məktəbli olmaq arzusu gözündə qalan. «Gözdən əlilliyin mənə ar gəlir» deyən Zeynəb Dərbəndli.

Artıq öz vətənində seçilərək adı çəkilən, məktəblərdə şagirdlərlə yanaşı müəllimlərin də sevə-sevə əsərləri dillər əzbəri olan Zeynəb Dərbəndli. Mahnıları, məlahətli səsi ilə hər kəsi özünə heyran edən, Ürəklərdə öz taxtını qoya bilə sənətkar Zeynəb Dərbəndli.
Onun haqqında çox şey yazmaq olar. Çünki o iki kəlmə ilə ifadə olunan insan deyil. O, öz adı ilə yanaşı, doğma Dərbəndini də şərəflə daşıyan bir ziyalı, bir şəxsiyyətdir.
Beş ildən artıq idi ki, şairə Zeynəb Dərbəndli ikinci Vətəni saydığı Azərbaycana getməmişdi. Bu yaxınlarda şairənin, şəxsi dəvət ilə, Bakıya çağırdılar.

Bu Zeynəb xanım üçün çox gözlənilməz oldu. Axı o bunu heç gözləmirdi. Zeynəb xanımın Bakıya gedişi, gözəl və yaddaqalan oldu. O, onun sözlərinə bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Anam yadıma düşəndə» mahnısını, məhs elə Zeynəb xanımın ifasında bəyənib, sevib ifa edən, Azərbaycanın tanınmış və sevilən müğənnisi, ingilis dili müəllimi, gözəl insan Elxan Şirinovla da görüşüb.

Elxan Şirinov, Zeynəb xanımı bu mahnının müəllifi və ifaçısı olaraq çoxdan görmək arzusunda olub. Bu iki sənətkarın görüşü də, özləri kimi möhtəşəm olub. Zeynəb xanım deyir ki, «Mən Elxan müəllimlə görüşümü, belə təsəvvür etməmişdim. Elxan müəllim bizim görüşümüz zamanı, bu mahnını məhs mənim inamdan dinləyərək mənimlə söhbət edirdi. O mənə dedi ki, «Zeynəb, sən bundan sonra yazmısan da, oxumusan da sən artıq öz sözünə həm musiqidə, həm şeirdə demisən.

Peşəkar ifa, yanğılı səs və özünəməxsus yanaşmasıni eşitmək istəyən, sadəcə bu mahnını dinləsin yetər. Musiqini və sözü dərindən duyan hər kəs, sənin möhtəşəmliyini anlayacaq». Mən ona dedim ki, Elxan müəllim, mənim təhsilim yoxdur. O isə mənə «İstedadın təhsili olmur dəyərli bacım. Sən özün bir məktəbsən»-deyə cavab verdi».

Zeynəb Dərbəndlinin şair dostları, həmkarları onu restoranda gözəl və möhtəşəm qarşılayıblar. Zeynəb xanım deyir ki, «Ustadım, mənə ana qayğısı göstərən şairə, jurnalist Nəcibə İlkin, bütün dostlarıma xəbər vermişdi gəlişimi, qələm dostlarım da, Mənim görüşümə sevə-sevə gəlmişdi. Hətda şair qardaşım Ilham Qazaxlı bir dəstə gül gətirmişdi. İki il öncə təltif olunduğum və gedib çata bilmədiyim Orta Asiya Qırğızıstan Respublikasının Yazıçılar Birliyinin nəzdində yaradılmış Turan elləri təşkilatının «Teni avaz» medalını da, dəyərli şair qardaşım və həmişə təşkilatın Azərbaycan təmsilçisi İlqar Türkoğlu mənə təltif etdi. Bir sözlə, dost gəlişi bayram olar misali».


Zeynəb Dərbəndli bu gedişində, Azərbaycanın Sumqayıt şəhərində yerləşən Dünya Televiziyasına da qonaq olub. Xuraman Aydınqızının təqdimatında «Bu sabah» verilişində qonağı olan şairimiz Həm Azərbaycan Dövlət dram teatrından, həm də «Dərbənd» respublika qəzetinin, Dərbənd şəhər mərkəzi kitabxanasının onun üçün önəmli olduğunu vurğulayıb. Zeynəb xanım o verilişdə beş mahnı ifa edərək Azərbaycan və Dərbəndə həsr olunan mahnıları ilə yadda qalıb. Zeynəb xanım deyir ki, «Bu səfərim boyunca; mənim hər cür nazımı çəkən ustadım Nəcibə İlkinə və onun həyat yoldaşı Əhməd dayıya xüsusi təşəkkür edirəm.

Onlar məni, bur doğma övladları kimi, nazını çəkdilər. Hələ mənim 100-dən çox şeirimi mahnıya çevirən Bəstəkar Elmir Mədətoğlu. Iki gün də, o məni gedəcəyəm hər yerə məni tək qoymadan özü ilə apardı. Sonda isə şeirində də dediyim kimi, «Şimalın bəzəyi cənnət Qubaya» gəldim. Orada da məni, dəyərli Vətən şairimiz Ramiz Qusarçaylı qarşıladı. Bütün Qubanı mənə göstərdi, şairlə şirin söhbət etdik. O mövzu bir ayrı olacaq. Və məni evlərində öz doğmaları kimi sevə-sevə qarşılayan. Dağıstan Respublikasının xalq artisti Düriyə Rəhimovanın qardaşı Hafiz müəllim Rəhimov və ailəsi gözəl qarşıladı. Və səhəri gün, Dərbəndə yol aldım».

Zeynəb Dərbəndli üçün bu gediş, sanki ruha qida kimi oldu. Onun bu gedişin emosiyalarını bölüşmək bir kitab yetməz. Zeynəb xanım Azərbaycana tək getməyib, o Dağıstan Respublikaslnın əməkdar mədəniyyət xadimi, Azərbaycan Dövlət Dram Teatrının qurluşçu rejissoru Yaqut xanım Xandadaşova da gedib. Zeynəb xanım deyir ki, «Yaqut xanımla yol getməyin də, bir ayrı ləzzəti var. Onun Qubada sonuncu günümüzdə, qısa bir gəzinti etdik. Həmin günün xatirələrini, ayrı bölüşəcəm». Bir sözlə Zeynəb xanım həm Dərbənddə, həm Azərbaycanda, həm Türkiyədə həm də Orta Asiyada tanınan və sevilən şairidir. Belə bir şəxsiyyət ilə, öyünməyə və qürurlanmağa dəyər.
Biz də Zeynəb xanıma, gələcək işlərində və yaradıcılığında daima uca zirvələr arzulayırıq.
Ayna Məmmədova