Son zəng keçirildi

May ayı, bir çox bayramlarla, bir çox unudulmayan günlərlə yadda qalır. «1 may» əmək bayramı, «9 may» qələbə bayramı. Bu rəngarəng bayramların içərisində, gələcək nəslimizin həyatına gözəl iz qoyan «Son zəng» öz gözəlliyini bəxş edir. Mayın 22-də günü gündən gözəlləşən, qədim, ulu Dərbəndimizin bütün məktəblərində son zəng çalındı.
Belə məktəblərdən biri də, Dərbənd şəhər 6 saylı internat məktəbi idi. Mən də bu gözəl və özəl günü qələmə alıb, «Dərbənd» qəzetimizdə işıqlandırmaq üçün ora getdim.
Tədbiri məktəbin direktoru Ramzes Zeynaloviç Qasımov açdı. O gələn qonaqlara xoş gəldjn etdi və məktəbin bütün müəllim kollektivinə, bütün şagirdlərinə gələcəkdə uğurlar dilədi.
Tədbiri məktəb direktorunun tərbiyə işi üzrə muavini Kənarə Kənanovna Əliyeva və məktəbin müəllim kollektivi hazırlamışdı. Tədbirdə Dərbənd şəhər dairəsinin başçısı Rüstəmbəy Sədrətdinoviç Pirməhəmmədov, Dərbənd şəhər millət vəkilləri iclasının sədri Məhəmədov Məhəməd Hacımuradoviç. Mədəniyyət şöbəsinin müdiri Sultanova Dilarə İsabəyovna. Dərbənd şəhər təhsil idarəsinin mütəxəssisi Yusufova Cəmilə Yusupovna. Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə Zeynəb Dərbəndli iştirak etdilər. Məktəbin bir sıra müəllimləri ilə söhbət etdim. Bunlar
Rəfiqə Şixməhəmmədovna Bayrambəyova 1-ci a sinif müəllimi, onunla öz sinif uşaqları barəsində qısa söhbət etdik. Uşaqların, məktəbə sevə-sevə gəlmələrindən və özünün də uşaqlarla doğma balaları kimi sevib rəftarından danışdıq. Və eyni zamanda uşaqların, ona necə isti yanaşmalarının şahidi oldum. Rəfiqə müəllimə düyir ki; Mən nə az nə çox, düz 43 ildir bu sahədə çalışıram. Bu illərin 40 ilini elə bu 6 saylı internat məktəbində çalışır. Bu il onun 1-ci siniflərinin 10-cu buraxılışıdır. Bu sinifin tərbiyəçiləri Rahilə Fazilovna Həsənova və Nəcimə Fəxrətdinovna Bəbirova da, müəllim və uşaqların bir birinə doğmalığından danışdılar.
Şəmsiyət Bayraməliyevna Calalova, 4-cü a sinif müəllimi, onun da şagirdləri bu il 4-cü sinifə və uşaqlığa vida edənlərdəndir. Şəmsiyət müəllimlə də, onun şagirdləri barədə qısa olaraq söhbət etdik. O deyir ki; Mən düz 36 ildir ki, bu məktəbdə çalışıram. Və öz işimi sevirəm, uşaqlara da sevə-sevə dərs deyirəm. Bu mənim həm müəllimlik, həm də vətəndaşlıq borcumdur ki, vətənimizə layiqli övladlar gözəl nəsil yetişdirək.
Xalidə Məhəmmədəliyevna Dadaşova, 9-cu a sinif müəllimi. O da öz şagirdlərinin bir az şıltaq və eyni zamanda, ağıllı uşaqlar olduğunu vurğuladı. ; Biz müəllimlər, bu uşaqlarla artıq doğmayıq. Onların biri bir gün dərsə gəlməsə darıxırıq, öz sənətimi sevirəm və müəllim olmağımla fəxr edirəm; deyə vurğuladı. O 23 ildir ki, bu sahədə çalışır.
Gülarə Möhsümovna Möhsümova, 11-ci, məktəblə və uşaqlıqla vidalaşan sinifin müəllimi. Onunla da bir az onun şagirdləri barə də söhbət etdik. Onların bu il necə sevərək oxumalarından və hər biri bir ali məktəbə hazırlaşmalarından danışdı. O da 22 ildir ki, bi sahədə ürəklə çalışır.
Tədbirin axırındı, söz məktəb direktorunun təlim işləri üzrə muavini Aidə Abdulovna Zamanovaya verildi. O da hər kəsi salamlayaraq, məktəbin qalib müəllim və şagirdlərinə Təşəkkürnamələr tərtif etdi.
Məktəb direktorunun tərbiyə üzrə muavini Kənarə Kənanovnaya, mənə öz gözəl tədbirində söz verdiyinə və mehribanlığla qarşılamağına görə ayrıca təşəkkür edirəm.
Və ən əsası, məktəbin bütün müəllimləri ilə, görüşümü təşkil edən. Gözəl ürəkli və dəyərli insan. 6 saylı internat məktəbinin Ana dili müəllimi Samayə Sadiqovna Əlibəyovaya xüsusi təşəkkür edirəm
Z. Dərbəndli