Dərbənd ta dövrü qədimdən, hələ 11-ci əsirdən bəri öz şair və el sənətkarları ilə məşhurdur. Bəlkə də elə ona görə, bizim Dərbəndimizin adı oxunmamış kitab kimi dastanlarda çəkilir. Və hər bir şair Dərbəndi vəsv edib, belə şairlərdən biri də, Adil Abbasdır.
Noyabrın 10-da Dərbənddə şair Adil Abbasın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbir Dərbənd şəhərinin mərkəzləşdirilmiş kitabxana sistemi tərəfindən hazırlanıb. Gecəni, Dərbənd şəhər mərkəzi kitabxananın direktoru Diana Əliyeva açıb. Təbbirdə şairin şair həmkarları.
Dağıstan Azərbaycanlıları Yazıçılar Birliyinin sədri Tahir Saleh, Dağıstan və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi şair, jurnalist Fəxrəddin Qəribsəs Adil Abbasla olan görüş və xatirələrini bölüşüblər. Tədbirdə, Azərbaycan dövlət dram teatrının direktoru, DR əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov, Rusiya, Azərbaycan və Türkiyə yazıçılar birliyinin üzvü, nəğməkar şairə və Azərbaycan dövlət dram teatrının aktrisası Zeynəb Dərbəndli, «Dərbənd» qəzetinin baş redaktoru Tərlan Ələkbərov, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev, şəhər ictimai palatasının üzvü Əlisərdar Ələkbərov, tat şairi Peysax Mişiyev və başqa qonağlar da iştirak edib.
Gecəni, öz gözəl, rəngarəng, canlı ifaları ilə Zeynəb Dərbəndli bir az da bəzəyib.. Dərbənd şəhər 4 nömrəli məktəbin ana dili müəllimləri Dilarə Seyidova və Səlimə İsayeva Adil Abbasın şeirlərini söyləyiblər. Gecənin əsas qonağı isə, şairin oğlu Canpolad Abasov olub. O, hər kəsə, bu gözəl gecə üçün təşəkkür edib. Atasının ruhuna verilən diqqətə və hörmətə görə, bütün iştirakçılara və təşkilatçılara ayrıca təşəkkür etdi.
Bir az da sizlərə, şairin haqqındq. Abasov Adil Xosrov oğlu 1928-ci ildə Dərbənddə anadan olub. Şair, yazıçı, heykəltəraş, “Gülüstan” Beynəlxalq Yazıçılar Birliyinin fəxri üzvü idi.
Onun “Mənim Dərbəndim”, “Vəsiyyətnamə” kitablarının müəllifidir. Onun bir çox şeir və əlyazmaları hələ nəşr olunmamışdır. Hələ uşağlığından yazmağa başlayan Adil Abbas, öz əsərlərini Dərbəndin bir çox məzar daşlarında, bir daş kitabə kimi həkk edib. Şair, Dərbənddə Məzahir Rzayev adına 4 saylı məktəbində təhsil alıb. Adil Abbas, insanlara şeir həsr etməyi çox sevərdi.
O, həyat yoldaşı Zərinə xanıma, yaxın qohumlarına və dostlarına bir neçə şeir həsr edib. Şair öz şeirlərinin bir çoxunu, doğma Dərbəndinə həsr edib, Dərbənd özün şeirlərin, onun gördüyü və görmək istidiyi kimi canlanır. Bunu da demək olar ki, o hər şeirində onun haqqında bir bənd olsun yazırdı. Harada olursa olsun, heç kiç, heç nə bu şirin və əziz obrazı onun ürəyindən silə bilməzdi. Şair xatirələrlə yaşayırdı.
Adil Abbas ona əziz olanı yalnız onlarda görə bilirdi. Evini, doğma təbiətini, yaxın adamlarını çox sevirdi. Yalnız onların içində olarkən, özünü dünyanın xoşbəxti hesab edirdi.
Bugün o, onu sevənlərin, onu tanıyanların və qələm dostlarının ürəyində yaşayır.
H. Aslanov