Təbrik edirəm

2018-ci ildə o, həyat yoldaşı ilə birlikdə «Biz birlikdəyik» adlı konsertlə çıxış edib. Tamila hər il teatr kollektivi ilə qastrollara gedir.

Onlar Türkiyədə keçirilən festivalda “Dağılmış tufaq” tamaşası ilə, orda olan tamaşaçıların rəğbətini qazanıblar.Onlar həmçinin Xakasiya Respublikasının Abakan şəhərində , Özbəkistan və Azərbaycana geniş qastrol səfərlərinə gediblər. 2019-cu ildə Tamila Mixrabova “Mavi dəsmal” mahnısını ifa etdiyi “Xalq dillərində zəfər nəğmələri” layihəsində iştirakına görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib. 2023-cü ildə Dövlət mükafatı aldı. O, “Əlikulu evlənir” tamaşasında yaratdığı Nazlı obrazı ilə, tamaşaçıların sevgisini ikiqat qazandı..2026
Mixrabova tamaşaçılarını yeni və maraqlı rollarla sevindirməkdə davam edir. Və ən nəhayət, Tamila Mihrabova 2026-ci il, Dağıstan Respublikasının Əməkdar artisti fəxri ada layiq görüldü. Tamıla həm gözəl həyat yoldaşıdır, qayğıkeş Anadır, mehriban kollegadır, Ən əsası da gözəl tərəf müqabilidir. Mən Tamila xanımı, Fəxri ad almaq münasibətilə ürəkdən təbrik edirəm. Ona daha gözəl obrazlar, daha yüksək zirvələr arzulayıram. Onun haqqında çox yazmaq olar, mən bir az tamaşaçını və oxucunu maraqlı intizarda saxlamaq istədim.

Tamila

Həm ailə başçısı,
Həm də, gözəl anasan.
Sən bizim səhnəmizdə,
Bir əvəzsiz sonasan.

Yaratdığın obrazlar,
Hamı, yadda qalacaq.
Hələ səninçün neçə,
Fəxri adlar olacaq.

Bugün əməkdar oldun,
Sabah xalq artisdisən.
Ən nəhayət Tamila,
Sən xalqın artisdisən.

Zeynəb də sənin üçün,
Yazır bu kiçik şeiri.
Arzumdur mükafatın,
Alasan, minbir xeyrin

Dərin hörmətlərimlə, Dərbənd respublika qəzetinin ştatdankənar müxbiri Zeynəb Dərbəndli.