Təhsil işçilərinin Avqust müşavirəsi iki gün davam edəcək

          

Dağıstan Respublikasında təhsil işçilərinin Avqust müşavirəsi avqust ayının 20-21 keçiriləcək.

Dağıstan Respublikası Başçısının mətbuat xidmətindən verilən məlumata görə,keçən tədris ilinin nəticələri və yeni dərs ilinə  hazırlıq,təhsil müəssisələri əməkdaşlarının iştirakı ilə videokonfrans əlaqəsi yolu ilə keçiriləcəkdir.Müşavirə Avqust ayının 20-21-də Dağıstan Rəhbəri vəzifəsini müvəqqəti icra edən Sergey Melikovun iştirakı ilə baş tutacaq.

Əsas müzakirə mövzuları arasında respublikada təhsilin inkişaf tendensiyaları,müəllimin cəmiyyətdəki rolu var.Özəlliklə , müasir gənclərin şəxsi bacarıqlarının formalaşmasında təhsil sisteminin rolu haqqında,təhsilin müasir sahəsindəki tərbiyə,hər şeydən əvvəl məktəbin təhsil məkanı daxilində mənəvi və əxlaqi və  təhsilin rəqəmsal transformasiyasıdır. İlk dəfə iki gün ərzində keçiriləcək Avqust müşavirəsində,ikinci gündə  iştirakçılar altı bölmədə işləyəcək və təhsilin hər bir pilləsində ən aktual problemləri müzakirə edəcəklər