“H.Əliyevin abidəsinin ucaldılması ilə bağlı tamamilə düzgün, ayıq və konstruktiv qərarı Dağıstan Respublikasının başçısı Sergey Melikov şəhər əhalisinin fikrini əsas götürərək qəbul edib. Heydər Əliyevin xidmətlərini bütövlükdə Sovet İttifaqı üçün böyüklüyünə görə unutmaq olmaz. Andropov özü də Heydər Əliyev haqqında deyirdi — «Moskvaya Əliyev lazımdır, bütün İttifaqa lazımdır. «Mənə sən lazımsan, mən istəyirəm ki, Moskvada işə başlayasan. Azərbaycan sənin üçün səxlıqdır» Bütün məlum ümumittifaq layihələri məhz Əliyev yoldaşın başçılığı ilə komissiya tərəfindən həyata keçirilirdi. Bu, BAM-ın tikintisi və başa çatdırılması idi. Ona ən çətin işlər həvalə edilirdi – məsələn, Sov.İKP MK-nın o qədər də populyar olmayan baş katibi Konstantin Çernenkonun nüfuzunu artırmalı olan təhsil islahatı. Yaxud — “Admiral Naximov” sərnişin gəmisinin faciəsinin araşdırılması, Əliyev vaxt tapıb həlak olanların hər birinin ailəsi ilə görüşmüşdü. Heydər Əliyevin o vaxtkı fəaliyyətinin digər istiqamətləri arasında korrupsiyaya qarşı mübarizə, dəmir yolunda abadlıq, mədəniyyət, uşaq evləri də var idi. Biz dağıstanlılarla azərbaycanlıların çoxlu ortaq cəhətləri var və məhz bu müxtəliflikdir ki, biz iki qardaş xalq kimi inkişaf etməliyik. Mən böyük şəxsiyyət Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun mövqeyini tam dəstəklədiyimi bildirirəm”. Tərlan Ələkbərov münasibət bildirib.
Bizi birləşdirən çox şey var və iki qardaş xalq kimi inkişaf etməliyik. Məhz bu müxtəliflikdir. dar Əliyev. Tərlan Ələkbərov münasibət bildirib.