Təşəkkür edirik


Məmmədov Rasim Bayramoviçin vəziyyəti ağırlaşır və ailəsi təcili yardım çağıraraq onu Dərbənd şəhər mərkəzi xəstəxanaya aparırlar. Xəstəlik və həyat arasında mücadələ edən Rasim bəyi, həkimlər, öz təcrübəli əməkləri ilə onun həyatı təhlükəsinə sonquyublar. Rasim bəy, artıq özünü çox gözəl hiss edir və onun ailəsi, xüsusən də həyat yoldaşı Təbirə Məmmədova bu tibb işçilərinə, bizim «Dərbənd» respublika qəzeti vasitəsi ilə öz dərin təşəkkürünü və minnətdarlığını bildirir. O deyir ki, «Əyər bu əllərindən şəfa süzülən, gözəl ürəkli insanlar
Cərrahiyyə şöbəsinin müdiri Robert Tacutdinoviç
Ağarzayev, həkim Mirvan Vahidoviç Mirzoyev, həkim Əhməd Nərimanoviç
Nəsurov və tibb bacısı Zümriyyət Nəbiyeva olmasaydı, bəlkə də bizim ailə başçımızın həyatı başqa cür olardı. Onlar onun həyatını xilas etməkdən ötrü, əllərindən gələni əsirgəmədilər. Allah belə həkim və tibb bacılarımıza can sağlığı versin. Mən həm öz adımdan, həm də bütün ailəmiz adından bu dəyərli insanlara təşəkkür edirəm. Nə yaxşı ki, sizin kimi insanlar, həkimlər var». Bu həkimlər öz mülayjmliyi, öz şəfalı sözləri ilə də xəstənin canına sağlamlıq bəxş edir. Çünki bəzən knsanı, bir şirin söz və ya bir xoş nəvaziş sağalda bilir. Bütün həkim adını ucaldan həkimlərimizə minnətdarıq.
Biz də, Məmmədovlar ailəsinin sevincinə qoşukaraq; bu layiqli həkimlərimizə təşəkkür edirik.