Azərbaycan Dövlət Dram Teatrı, oktyabrın 18-də. Firuz Mustafanın «Ağıllı adam» tamaşasını təqdim etdi. Tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti Sərvər Əliyevdir. Tamaşa «İdarə şurası» tərəfindən müsbət qarşılandı. Az müddətə tamaşanı tıhvil etmək və aktyorlarımızınbelə ustalığla oynamağları, tamaşaya baxan hər kəsi heyran etdi. “Ağıllı adam” tamaşası, adından da göründüyü kimi insan həyatının miniatürüdür. Bu tamaşanın əsas mövzusu və eyni zamanda əsas konflikti jurnalist və qanunsuzluq arasında qarşıdurmanın nümayişidir. Baş qəhrəman jurnalist insan həyatının aşağıdan yuxarıya, yuxarıdan aşağıya bütün mərhələlərini keçəcək və ən maraqlısı da odur ki, bütün bunlar yuxuda xəstəxanada baş verir. “Ağıllı adam” taleyin iradəsindən asılı olan insanın sonsuz faciəsi mövzusunu qaldırır. Tamaşaçı baş qəhrəmanla birlikdə doğulduğu andan ölümünə qədər sanki həyatın beş mərhələsindən keçir.
Tamaşada bütün baş verənlər göstərir təbii ki, insandan yüksək olan qüvvələr var və insan özü də onlarla müqayisədə əhəmiyyətsiz, axmaq, zəif və kiçikdir. O, həyatındakı hadisələrin əksəriyyətinə təsir edə bilmir. Bununla belə, istehsal, eyni zamanda, insan ruhunun hüdudsuz gücünü, döyüşmək istəyini nümayiş etdirir. İnsan taleyin əlində oyuncaq olmaqdan imtina edir, qeyri-bərabər mübarizəyə girir, sona qədər təslim olmur, nəyisə dəyişməyə çalışır. Tamaşa bununla da insanın heyrətamiz gücünü nümayiş etdirir. Konkret personajların əvəzinə tamaşaçının qarşısına xəstə, çılğın insanlar çıxır ki, bu da səhnədə baş verənləri daha da tipikləşdirməyə kömək edir. Buna görə də buradakı personajlar mümkün qədər şəxsiyyətsizdirlər. Onların vəzifəsi yalnız müəllifin əsas komediya ideyasını ifadə etmək üçün səhnədəki hərəkəti inkişaf etdirməkdir.
Teatrın direktoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Firdousi Əsgərov, müzakirə zamanı öz çıxışında belə deyib. “Biz ümid edirik ki, tamaşaçılar bizim zəhmətkeş işimizi qəbul edib yüksək qiymət verəcəklər. Biz hər zaman, səhnəyə qoyduğumuz hər bir tamaşada, tamaşaçının könlünə yol tapmağ üçün də çalışırıq”.
Sözü gedən, bu maraqlı tamaşada rollarda «həkim» Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova, «polis» Saladunxan Bədirxanov, «xəstələr» Dağıstan Respublikasının əməkdar artisti Mahir Məlikov, aktyorlar Mirzəağa Cüm-cüm, Əli Ağalarov, «jurnalist» Osman Mihrabov, «öldürülən qadın» Tamila Mihrabova, «müsdəntiq» Sərxan Səmədov. Aktyorların hər biri, bu tamaşada sözün əsil mənasında öz məharətlərini ustalığca nümayiş etdirə biliblər. Tamaşa bədii şura tərəfindən yekdilliklə qəbul edilib.
Hər zaman olduğu kimi, teatrımız öz öhdəsinə düşən işi uğurla başa vurub. Mən də həm öz adımdan, həm «Dərbənd» respublika qəzetinin kollektivi adından öz teatrımıza uğurlar diləyirəm.
M. Seyidov