Tamaşa təhvil verildi


Azərbaycan Dövlət Dram Teatrı, hər zaman üzərinə düşən işin öhdəsindən ustalığca gəlməyi bacarıb. Teatr dram teatrıdır, bu teatr həm musiqili komediya və ya operettaları belə öz səhnəsində quruluş verib. Belə hallardan biri də, bu günlərdə baş verdi.
Avqustun 27-də Azərbaycan Dövlət Dram Teatrında M. Kajlayevin “Validə” musiqili komediyasının tamaşasının təhvil etməsi olub. Tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir. Bu tamaşa, opera və bolet teatrları üçün nəzərdə tutulan bir əsərdir. Bu əsəri, öz üzərinə götürüb tamaşalaşdırmağın özü belə, böyük bir qəhrəmanlıqdır. Bu sözləri, tamaşaya quruluş verən Hafiz Quliyev təqdimat zamanı söyləyib. Onu da qeyd edək ki, Azərbaycan Respublikasından dəvət olunmuş rejissor Xafis Quliyev Bakıdakı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, “Aktyorluq və rejissor sənəti” fənnindən dərslər aparır. Tamaşanın quruluşçu rəssamı, Dağıstan Respublikasının Əməkdar artisti Dəmir İsakovdur.
Tamaşa görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevin musiqisi ilə səslənib. Tamaşada Dağıstanın “Kaspiy” dövlət rəqs ansamblının artistləri də iştirak edib. Bir az da sizlərə, tamaşadakı hadisələr haqqında qısa məlumat vermək istərdim. Hadisələrin mərkəzində kənd məktəbinin qocaman müəllimi, üç gözəl qızı ilə fəxr edən təqaüdçünün ailəsi dayanır. Əgər böyük bacı atasının təkidinə boyun əyərək sevilməyən bir insanla ailə qurub və onun xoşbəxtliyini tapmayıbsa, o zaman digər iki bacı həyat yoldaşı seçmək hüququnu fəal şəkildə müdafiə edir. Validə ailənin kiçik qızıdır, o o biri bacılarından xüsusilə inadkar çıxdı. O, yalnız, yenicə yetkinlik yaşına çatmışdır, lakin o, artıq yaxşı, sadə ürəkli və enerjili dolu bir oğlana Murada aşiq olur. Və bununla da bütün bu olanlar baş verir. Atası Validəni rayon rəhbərliyində çalışan Seyidova vermək qərarına gəlir, Bununla da vəziyyət çətinləşir. Çüni Seyidov iki bacı arasında son seçim edə bilmir və növbə ilə qovuşaraq gülüş obyektinə çevrilir. Sevgi qalib gəlir və bacılar öz xoşbəxtliklərini tapırlar.
Teatrın direktoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Firdousi Əsgərov “Ümid edirik ki, tamaşaçılar bizim zəhmətkeş işimizi qəbul edib yüksək qiymət verəcəklər. Çünki belə bir tamaşanı, dram teatrının aktyorları oynayır. Bütün kollektivimizi təbrik edirəm. Rejissor Hafiz Quliyevə həm öz adımdan, həm də bütün kollektivimiz adından öz dərin təşəkkürümü bildirirəm.”-deyə vurğulayıb. Tamaşa bədii şura tərəfindən yekdilliklə qəbul edilib. Tamaşanın premyerası sentyabrın sonunda baş tutacaq. Biz də həm Azərbaycan Dövlət Dram Teatrının kollektivini bu münasibətlə təbrik edirik. Həm də şairə Zeynəb Dərbəndlinin bir aktrisa kimi bu tamaşada kiçik də olsa rolunu və ilk debyutonu ürəkdən təbrik edirik.
M. Seyidov