Tariximizə münasibət dəyişməlidir

 

Tarixi bilməsək keçmişimiz zirvəsinə, indiki mənşəli qalardı. Mədəniyyətimizin və ədəbiyyatımızın tarixi konsepsiyasının da məhz bu həqiqəti nəzərə alan prinsip üzərində qurulmasına böyük ehtiyac duyulur.

Məlum həqiqətdir ki, şəhərimizin tarixini kənar mənbələrdən öyrənilməsi tendensiyaya çevrilmişdir. İstər ərəb,fars və ya rus mənbələri maraqlı ola bilər, ancaq konsepsiyası kimi yox. Şəhərin həqiqi tarixini öyrənilməsi vaxtı çoxdan çatsa da uzun müddətli arxeoloji qazıntılar aparılması heç kəsi narahat etmir. Bu işlər təkcə qalada yox,həm də onun ətrafında yerləşən kəndlərin ərazilərində aparılmalıdır. Gizli deyildir ki, bizə çatdırılan əsas məlumatlar Dərbəndin Rus imperiyasına daxil edildikdən sonra toplanmışdır. Ümumiyyətlə son 30 ildə tariximizin nə vəziyyətə düşdüyünü demək artıq olardı. Eyni hadisələr müxtəlif tarixi kitablarda müəlliflərin istədiyi şəkildə interpretasiya olunurdu. Bunu Böyük Vətən müharibəsi tarixinin traktofkasında müşayiət etmək olur. Əslində BVM xalqımızın və Vətənimizin tarixinin ən parlaq səhifələrindən biridir. Doğrudur ölkə Prezidenti Vladimir Vladimiroviç Putinin bu məsələyə qarşdıqdan, verdiyi Fərman və tapşırıqlardan sonra BVM tarixinin öyrənilməsinə onun iştirakçıları haqqında lazımi məlumatlar toplanılmasına diqqət artırılmışdır. «Öməz alay» hərəkatı bu istiqamətdə böyuk iş görür.
Bu günlərdə redaksiyamıza əlində bir böyuk qovluq olan yaraşıqlı bir xanım gəlmişdi. Söhbət zamanı aydın oldu ki, o «1-2-3-cü dərəcəli Şöhrət ordeni kavalerı Yakov Xorolets adına 14 saylı məktəbin tədqiqatçı- müəllimi Fəridə Sergeyevna Mikayılovadır. Gəlişinin məqsədini o belə izah etdi:»Mən Dərbənd şəhərindəki 14 saylı ümumtəhsil məktəbində rəsm müəllimi işləyirəm. Bununla yanaşı tədqiqat işlərinə böyuk maraq göstərirəm. Bu sahədə 5 illik təcrübəm vardır. Təsadüfən «Xalqın yaddaşı» saytında mənin babam Mutay Aslanov haqqında məlumata rast gəldim. Burada deyilirdi ki, o Böyük Vətən müharibəsində 50-dən artıq alman əsgərini və zabiti məhv etdiyinə görə «Qırmızı Ulduz » ordeni ilə təltif olmuşdur. Bu sənəd məni maraqlandırdı və mən tədqiqat işi yazmağa başladım. Moskvanın «Xalq yaddaşı» saytında isə Müdafiə Naziri 2007- çi ildə müharibə sənədlərini məxvilikdən çıxarılmasına icazə verməsi həlak olanların ailələrinə və qohumlarına onlar haqqında məlumatlar əldə etməyə imkan yaratmışdır.


Sənədlərdən bəlli oldu ki, mənim babam Mutay Aslanov 1941-1945-çi illərdə müharibədə olmuş,tank batalyonu komandiri kimi bir çox döyüşlərdə o cümlədən Rumıniya və Çexiyanın azad edilməsində iştirak etmiş və Berlinə qədər döyşmüşdür. Onun mükafatlanma vərəqəsinə aşağıdakı yazılar vardır: Üçüncü tank briqadasının moto-atıçı batalyonunun minomyot qrupunun komandiri; «Qırmızı bayraq » dövlət ordeni və «Cəsarətə görə» medalla təltif edilmişdi,hərbi hospitalda müalicə olmuşdur »
Xalq məsəlində deyilir ki, igid ölər adı qalar. Mənim ulu babam belə insanlardan biridir. Onu tanıyanların qohumlarının xatirələrini eşidən də nə qədər səmimi, təvazökar, xalqına və yaşadığı dövrə layiqli insan olduğunu şahidi olursan. Bütün bunları bildikdən sonra mən qızımla birlikdə onun haqqında tədqiqat işi yazmağı qərara aldım.
Işi yazıb şəhər təhsil idarəsinə təqdim etdim. Və sonra «Gələcəyə addım» Ümumrusiya müsabiqəsinin bələdiyyə mərhələsində birinci yeri tutaraq qalib olduq. Sonra mən,qızım, məktəbimizin 10- cı sinif şagirdi Kamilla Vasifovna Mikayılovayla birlikdə «Müddətsiz tarix» Ümumrusiya tədqiqat layihələri müsabiqəsində iştirak etməyən təqdim olunduq. Regional müsabiqədə bizim layihə qalib oldu və Kammila Vasifovna 1-çi dərəcəli diploma , mən isə Dağıstan Respublikasının «Dağıstan təhsili inkişafı institunun dövlət büdcə idarəsinin təşəkkürnaməsinə layiq görüldük.

Qalibləri Dağıstanın başçısı Sergey Alimoviç Məlikov qəbul etdi və xatirə fotoşəkil çəkdirdi.
Dərbəndə vaxtı ilə sürgün olunmuş Bestujev- Marlinski adına muzeyin binası mənim babam Mutay Aslanovun ata ocağıdır.
Yeri gəlmişkən bu işdə bizə dəstək olanlara və ilk növbədə Dərbənd şəhər təhsil idarəsinin rəisi Çimnaz Əliyevaya xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Dərbənd şəhəri sirlər xəzinəsidir desək yanılmarıq. Onun tarixini açılmayan səhifələri az deyildir. Lakin Böyük Vətən müharibəsi tarixinə, sonrakı nəsillər üçün xoş gələcəyi və inkişafı təmin edən layiqli insanların üzə çıxarılıb hamıya çatdırılması çox vacibdir. Yoxsa Xalq qarşısında böyük xidmətləri olan şəxslər bəzən heç yad da düşmür. Hər dövrün tarixi öyrənilməsi və təbliğ edilməlidir. Bu işdə ümumtəhsil məktəblərinin və xüsusi ilə tədqiqat işlərinə məyili olanların üzərinə böyük vəzifələr düşür.

 

A. Məhəmmədova