Düzünü desəm, bu yaxınlarda kitabı iki səhifədən bir oxumağa başlamışdım. Xüsusən də tarixə aid kitabları, çünki çox az adam canlı araşdırma aparır və tarixçilərimiz artıq məlum olanı, amma necə deyərlər, başqa rakursdan yazırlar. Eyni əhval-ruhiyyə ilə görkəmli şairimiz və yazıçımız Fəxrəddin Orucun“Dağıstan azərbaycanlıları: tarix, mədəniyyət, adət-ənənələr” adlı yeni əsərini oxumağa başladım. S. Hacıyeva artıq bu mövzuda yazıb, ona görə də başlanğıcda yeni kitaba o qədər də maraqgöstərmədim.
Bununla belə, mütaliənin dərinliyinə vararaq, Dağıstan azərbaycanlılarının tarixinə, mədəniyyətinə dair yeni araşdırmanın müəllifinin bu problemə hərtərəfli yanaşdığını və problemin əsas mahiyyətini oxucuya başa düşülən şəkildə təqdim etmək üçün çoxsəy göstərdiyini gördüm.
Şəxsən mənim üçün — oxucuya da ümid edirəm — Fəxrəddin Orucun bəzi yerli türkofoblara layiqli və inandırıcı cavab verdiyi səhifələr daha çox maraqdoğururdu. Onun türk xalqlarını Dağıstanın tarixindən silmək istəyənlərin hamısına əsaslı cavab verməsi hər cür tərifə layiqdir — o, bunu tarixi faktlara, sənədlərə əsaslanaraq, dünya şöhrətli alimlərin tədqiqatlarını cəlb etməklə edib. Adını çəkdiyim kitabda hər şey gözəl ifadə olunduğuna görə burada təfərrüata varmayacağam, bircə onu deyim ki, bəzi vicdansız tarixçilər, ümumiyyətlə, tarixçi demək olarsa, bilə-bilə türkofobiyaya adət etməyən, vatsap-da mətn mesajından böyük mətni oxumağa vərdiş etməyən gənclərin beyninə türkofobiya yeridirlər.
Biz isə buna qarşı mübarizə aparmalıyıq ki, bu daFəxrəddin Orucun yüksək elmi səviyyədə gördüyüişdir. Bu arada mən dəqiq bilirəm ki, bəzi kifayət qədər istedadlı tarixçilər maraqlı tərəflərdən müəyyən qonorar müqabilində tarixi yazır, daha doğrusu, saxtalaşdırırlar — bunu heç gizlətmirlər də. Ona görə də biz ikiqat ayıq olmalıyıq.
Bütün növ türkofoblar qeyd etməlidirlər ki, azərbaycanlıların mədəniyyəti Dağıstan xalqlarının mədəniyyətində böyük iz buraxmışdır: elə bir xalqyoxdur ki, dilində türkçülük olmasın, musiqimədəniyyəti Azərbaycan elementlərini qəbul etməsin. Fəxrəddin Oruc yazır ki, “Fars mədəniyyəti ilə sıx bağlı olan azərbaycanlıların mədəniyyəti Dağıstan Respublikasının mənəvi potensialını inkişaf etdirir və zənginləşdirir… Cənubi Dağıstanın bütün xalqları azərbaycanlıların mədəniyyətindən istifadə edir”. Onuda əlavə edərdim ki, bizim mədəniyyətimiz təkcə Cənubda deyil, bütün Dağıstanda istifadə olunur, çünkio, ən yüksək mənəvi mədəniyyətə malik böyükimperiyaların tərkibində yetişdirilib.
Mən yaxşı xatırlayıram ki, qocalar azərbaycanlıların mədəniyyətini necə tanıyıb, layiqincə hörmətlə yanaşırdılar və bu, heç bir şübhə və mübahisəyə səbəb olmadı, lakin müasir gənclər süni şəkildə aldadılır ki, Dağıstan azərbaycanlıları haradansa köçərilərdir, heçbir mədəniyyət olmadan gəlib deyirlər.
Və buna görə də Fəxrəddin Oruc Qəribsəs türkofobiyaya cəsarətli və elmi əsaslandırılmış cavabı üçün ən yüksək qiymətə layiqdir.
Ancaq burada qeyd etməliyəm ki, kitab yazmaq hələ işin yarısıdır və ən əsası odur ki, o, təkcə Azərbaycan oxucusuna deyil,geniş oxucu kütləsinə çatdırılmalıdır.Kitabın nəşrinə sponsorlar, təbliğatında, reklamında ziyalılarımız, mədəniyyət işçilərimiz kömək etməlidir. Yalnız bundan sonra istədiyimiz nəticəni əldə edəcəyik.
Fəxrəddin Qəribsəsə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq, çünki bu gündən həmişə sinəsini döyən bəzi boş nalbazlardan fərqli olaraq, təvazökarlıqla, zəhmətlə çalışır, bunun üçün həm indiki, həm də gələcək nəsillər tərəfindən rəğbət qazanacaqdır.
Rusiya Yazıçılar Birliyininüzvü : Qədirbəy Ömərov
Ruscadan çevirəni :Mirhəmidova S.V