Martın 22 də, Dərbənd Rayon Bələdiyyə İdarəsi Mədəniyyət, Gənclər Siyasəti, İdman və Turizm Şöbəsinin müdiri Telman Hacalıyev
Çinar kənd xəstəxanasında
Gam-Covid-Vak peyvəndinin (Sputnik V) ikinci dozasını qəbul edib. Bizdə Telman Tahiroviçdən, bu barədə müsahibə alaraq sizlərə təqdim edirik.
Telman müəllim salam, martın 1 də, koronavirusa qarşı peyvənd olunduğunuzu eşitdim. Mənim üçün çox maraqlı oldu, sizin peyvənddən sonra özünüzü necə hiss eydiyiniz. İnanıram ki, tək mən deyil hər kəsçün də bu maraqlı olar. O üzdən, sizə bir neçə sualım olacaq.
Özünüzü ilk peyvənddən sonra, necə hiss etdiz? Və nə kimi təsiriniz oldu?
Əleykə salam Zeynəb xanım, xoş gəlmisiniz. Düzünü deyim, ilk bir az həyəcanım var idi. Amma peyvəndə gedərkən, sanki o həyəcan məni öz özünə tərk etdi. Çünki mən həm özümü, həm də doğmalarımı qorumaq üçün bunu etməli idim.
Telman Tahiroviç, prasidur necə keçir? Yəni orda nə etməlidir; peyvənddən öncə?
Bilirsinizmi Zeynəb xanım, orda hər şey öz qaydasında gigiyenik təmizliklə idarə olunur. Aşılamadan əvvəl mütəxəssislər tərəfindən, qan təzyiqini və bədən istiliyini ölçərək lazımi tibbi müayinədən keçirirlər. Peyvəndimiz bir neçə müsbət rəy alıb və lazımi bütün klink sınaqlardan təhlükəsiz keçib. Düşünürəm ki, hazırda əsas vəzifəmiz özümüzü və yaxınlarımızı təhlükəli virusdan qorumaqdır. Əlbətdə ki, ilk peyvənddən sonra bir az baş ağrıları, azca halsızlıq olur. Amma sonra hər şey öz qaydasına düşür.
Telman bəy, artıq martın 22 də, siz peyvəndin ikinci dozasını qəbul etdiniz. İkinci dozada necə, hər hansı bir təsiri oldumu? Yəni, bu dəfə özünüzü necə hiss etdiniz?
Zeynəb xanım, bilirsinizmi? Əsas onu birinci dəfə ürəkli olaraq qəbul etməkdir. Hər birimiz, öz sağlamlığımızı və doğmalarımızı fikirləşməliyik. Buda bizim ən başda olan amalımızdır.
Telman bəy, peyvənd qəbul etmək üçün, nə kimi şeylər lazımdır? Zəhmət olmasa, məlumat verərdiz.
Əlbətdə Zeynəb xanım, bunun üçün
Dövlət Xidmətləri portalı vasitəsi ilə koronavirusa qarşı peyvənd üçün qeydiyyatdan keçə bilərsiniz. Qeyd sadələşdirilmiş bir sxemə əsasən aparılır: məlumatlar avtomatik olaraq xüsusi bir müraciət formasına daxil edilir, istifadəçi yalnız bir klinikanı və əlverişli bir vaxt seçməlidir. Qalanı isə rahatdır. Mən şəxsən özümü, çox gözəl hiss edirəm.
Telman bəy, peyvəndi etməyə azca həyəcan keçirənçərə, nə demək istərdiniz?
Zeynəb xanım, mən öncə də dediyim kimi. Əsas özünüzdə inam olmalı və doğmalarımızı düşünməliyik. Ən əsası da, bizim özümüz də özümüzə inam olmalıdır. Sağlamlığımız üçün, bu çox vacibdir.
Telman bəy, qızıl vaxtınızdan mənimlə söhbətə ayırdığınıza görə, sizə öz dərin minnətdarlığımı bildirirəm. Hər zaman və daima sağlam olun.
Z. Dərbəndli