Yeni turizm marşurutunun rәsmi açılışı bügün avqustun 18- dә Çәrkәz Su elektrik stansiyasında baş tutdu. Bu Rusiyada ilk belә marşurutdu.
Mәrasimdә iştirak etdilәr: Dağıstan Hökümәti Sәdrinin sәlahiyyәtlәrini icra edәn Batır Әmәyev , Idarә Heyәtinin sәdri «RusHidro» sәhmdar cәmiyyәtinin baş direktoru Viktor Xmarin, Dağıstan Respublikası Hökümәti Sәdri Müslüm Telyakovov, Strateji Tәşәbbüslәr Aqentliyinin turizm, ekologiya vә iqlim inkişafı tәşәbbüslәri direktoru Olga Zaxarova vә turizm sәnayәsinin nümayәndәlәri.
Viktor Xmarin vurğuladıki yeni bir turizm marşurutunun açılmağı ölkә daxilindә fәal sәyahәt edәn Rusiya әhalisi üçün әhәmiyyәtli bir hadisәdir:
Hidroelektrik stansiyalarımızı turistlәrә açmaqla Rusiya Federasiyasının 2035 — ci ilә qәdәr Turizmin Inkişafına dair Dövlәt Strategiyasının hәyata keçirilmәsinә, «turizm vә qonaqpәrvәrlik sәnayәsi» milli lahiyәsinin hәyata keçirilmәsinә töhfә veririk.
Hidroeletrik stansiyasını ziyarәt etmәk, insanların «Yaşıl» elektrik enerjisinin aparıcı istehsalçılarının işlәri haqqında daha çox mәlumat әldә etmәlәrinә, onların tәhlükәsizliyinә vә әtraf mühitә uyğunluğuna әmin olmalarına imkan verәcәkdir- deyә Viktor Xmarin qeyd etdi.
Dağıstan Respublikası başçısı vәzifәsini icra edәn Sergey Melikov adından qonaqları Batır Emeyev salamladı.
O, Çәrkәz Su Elektrik Stansiyası ekskursiyalarının turizm biznesinin istәyinә vә vәtәndaşların yüksәk marağına cavab oldugunu söylәdi.
Turizm şirkәtlәrinin çoxsaylı müraciәtlәrini nәzәrә alaraq Dağıstan hökümәti keçәn ilin sonunda «RusHidro» sәhmdar cәmiyyәtindәn hidroelektrik qurğularından turistik vә istirahәt mәqsәdlәri üçün istifadәsini nәzәrdәn keçirmәyi vә turistlәrin çoxunun bu obyektlәri ziyarәt etmәk imkanı olmadığından turist qruplarının Çәrkәz Su Elektrik Stansiyasına mütәşәkkil sәfәrlәr üçün şәrait yaratmağı üçün müraciәt etdi.
Belә bir qәrarın qәbul edilmәsinә görә hәqiqәtәn minnәtdarıq vә çox qiymәtlәndiririk. RusHidro Su elektrik stansiyanına ilk ekskursiyanın turist axınının yüksәk dinamikası şәraitindә başlanması xüsusilә әhәmiyyәtlidir.
Indi Dağıstanın görmәli yerlәri arasında yeni bәnzәrsiz bir obyekt ortaya çıxdı — deyә Emeyev әlavә etdi.
Olga Zaxarova çıxışında yeni bir marşurutun açılmasının Rusiya Federasiyasında sәnayә turizmin inkişafı üçün әlamәtdar bir hadisә olduğunu qeyd etdi.
Bu gun Rusiya Federasiyasında turizmin inkişafı üçün möhtәşәm, әlamәtdar bir hadisәdir.
Şimali Qafqazın әn güclü Çәrkәz Su Elektrik Stasiyasına inanılmaz dәrәcәdә gözәl, mәlumatlı bir yol açmaq asan deyil, bu yeni bir sәnayә fәlsәfәsinin açıqlığa, etibar vә dialoqa әsaslanan yeni bir yanaşmanın formalaşmasının başlanğıcıdır.
Bugün mübaliğәsiz deyә bilәrikki Dağıstan turizm baxımından cәlbedici bir bölgәyә çevrilib- deyә O qeyd etdi.
Tәdbirdә Dağıstan Respublikası Turizm vә xalq Sәnәtlәri nazirliyi ilә RusHidro sәhmdar cәmiyyәtinin enerji obyektlәrindә turizmin inkişafı sahәsindә әmәkdaşlıq haqqında müqavilә imzalandı.
Tәrәflәr Dağıstan Respublikasında turizmin inkişafı baxımından, o cümlәdәn RusHidro Sәhmdar cәmiyyәti Çәrkәz Su elektrik stansiyasına ekskursiyaçılarının sәfәrlәrini tәşkil etmәklә qarşılıqlı әlaqәdә olacaqlar.
Qeyd etmәk lazımdırki Çәrkәz su elektrik stasiyası Şimali Qafqazın әn güclüvsu elektrik stansiyasıdır.
Qafqaz incisi adlandırılan su elektrik stansiyası Rusiyada ikinci әn yüksәk hövzәyә vә әn yüksәk tağlı bәndinә malikdir vә mәhşur turizm bölgәsi » Sulanski Kamyonu» marşurutunda yerlәşir.
Çәrkәz su elektrik stansiyası «Dağıstan әfsanәlәri» dairәvi markalı turizm marşurutuna daxildir.