Sentyabrın 27-dә sәkkizinci beynәlxalq dinlәrarası gәnclәr forumu çәrçivәsindә «Әnәnәvi dәyәrlәrin problemlәri vә tәhdidlәri» mövzusunda üç konfessiya nümayәndәlәri ilә VIP mühazirә keçirildi
Mühazirәdә mәruzәçi qismindә Dağıstan Respublikasının Müftülüyün tәhsil şöbәsinin müdiri Daniyal Umaylov, Stavropol yeparxiyasının gәnclәr vә missioner şöbәlәrinin müdiri keşiş Antoni vә Dağıstan Yәhudi Cәmiyyәtinin mәrkәzi dini tәşkilatının nümayәndәsi Boris Xanukayev. Mәruzәçilәr çıxışlarında milli mәnsubiyyәtindәn vә dinindәn asılı olmayaraq ümumbәşәr dәyәrlәrә, bir-birilәrinә hörmәt vә xeyirxahlığa riayәt etmәyin zәruriliyini, Dağıstan vә Şimali Qafqaz xalqlarının әnәnәvi dәyәrlәrinin tanınmasının vacibliyini qeyd etdilәr.
Toplananlar hәmçinin ekstremist fikirlәrin ortaya çıxması, cәmiyyәtdә zәrәrli ekstremizm vә terrorizm fikirlәrinin yayılmasına qarşı mübarizә problemlәrini dә müzakirә etdilәr. Forum iştirakçıları onları maraqlandıran bütün sualları mәruzәçilәrә vermәk imkanı әldә etdilәr.