Ürəyimin səsi


Dərbənd mənim üçün ikinci vətəndir, vətən isə həmişə ürəkdə olur. Quba və Dərbənd arasında bir saat, ya da saat yarımlıq məsafə var. O məsafə də sərhəddir, ürəyin isə sərhəddi olmur. Dərbənd və onda yaşayan insanlar mənə o qədər doğmadılar ki, onların yeni ilini təbrik etməmək öz özümü unutmaq deməkdir. Bu doğma şəhərin sakinlərini, bütün Dağıstan xalqlarşnın qardaşıdan gələn yeni ilinu ürəkdən təbrik edirəm. Əziz Dərbəndlilərim, əziz Dağıstan xalqı. Sizləri qarşıdan gələn yeni, 2023-cü il münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, tezliklə sərhəddlər açılsın, biz yenə də bir-birimizin evinə doğma olaraq qonağ gedib vələ biləm. Vətənnən vətənə qonağ olmur, biz hər zaman bir ailə olmuşuq, həmişə də belə qalmağı arzu edirəm. Əlimə qələm alanda da, ilk Samurun sularıyla Dağıstanı, Dərbəndi naxışlayıram.
Hər birinizə öz dərjn sevgi və hörmətlərimlə, şair Ramiz Qusarçaylı