Uşağların üzü gülsün


Son zamanlar dünyada baş verən hadısələrin ardı-arası kəsilmir. Korona bəlasını başımızdan atmaq istəyirdik ki, həyat bizi başqa bir imtahana çəkdi. Uşağların üzündən sevinc, dodağlarından təbəssüm itib. Axı onlar bizim gələcəyimizdir, gələcəyimizin nümayəndələrinin də gələcəyi biz orta nəslin nümayındələrinin əlimizdədir.
Uşağları hər bir dərddən, nigativ hallardan uzaq tutmalıyıq ki, onların beyni travma almadan böyüsünlər. Yolda gedərkən, anası ilə yol gedən uşağı gördüm, onun anasına verdiyi suallardan ürəyim parçalandı. Uşaq anasından soruşurdu ki, «Ana, atam nə zaman gələcək»? Anası da onun sualına söz ataraq başını qatmaq istəyirdi. Bu hadisəni uzaqdan müşahidə edirdim ki, görəsən axırı nə olacaq. Dayanacağda dayandılar, mən də həmin dayanacağda dayanıb maşın gözləməli idim. Uşaq isə, anasının sözünə söz qatmağına baxmayaraq həmin sualı verirdi «Atam nə vaxt gələcək». Mən dözmədim, onlara yaxınlaşdım. Anaya yaxınlaşıb yavaşca soruşdum. «Əriniz hardadır bacım»? O gözlərini oğlundan gizlədərək, vətəni müdafiyə etməyə gedib deyə doluxsundu. Maşın gəldi, onlar getdilər. Mən isə oradan evə kimi beynimdə bu hadisəni dolandıraraq piyada gəldim. O uşağın üzündəki kədər məni çox üzmüşdü, axı o hələ nə görüb ki? Onun hələ ata qocağında gəzən vaxtıdır. Bütün bu gördüklərimə dözməyib, bunu qələmə almaq qərarınq gəldim.
Allah sənə qurban olum, heç bir uşağı valideynsiz qoyma, onların uşağlıq sevincini əllərindən alma. Axı onlar güldür, hələ qönçəsində açılmamış gül.
M. Seyidov