Uşaqları müdafiə günü qeyd olundu

Bütün dünyada iyunun 1-i, «Beynəlxalq Uşaqların Müdafiəsi» günü kimi qeyd olunur. Dünyanın hər yerində, bu gün təntənə ilə qeyd edirlər. Həmin gün bütün məktəblərdə və digər müəssisələrdə, uşaqların bayramını möhtəşəm və hədiyyələrlə uşaqları təbrik edərək sevindirirlər. Kimsəsiz uşaq evləri, Uşaq baxçaları bu bayramı rəngarəng şarlarla bəzəyərək qeyd edirlər.
Dünyanın hər yerində olduğu kimi, Dağlığ diyarı Dağıstanımızın da hər bir tərəfində, hər rayonunda da qeyd olunur. Çünki, uşaqların sevinci bizim sevincimizdir. Hər bir ailə, öz gücünü dünyaya göz açan körpəsindən alır. Odur ki, ailənin möhkəm təməli uşaqlardır.
Bu bayram bizim cənnətməkan Dərbəndimizdən də yan keçmədi. İyunun 1-də, Dərbənd şəhərinin Baş racı, ürəyi, nəfəsi olan Narin Qalamızda bu bayram qeyd qeyd edildi. Tədbir Dərbənd şəhər dairəsinin mədəniyyət, siyasət, gənclər,
idman və turizm idarəsi, Dərbənd şəhər Mədəniyyət şöbəsi və Dərbənd Qoruğ Muzeyi
İdarəsi tərəfindən təşkil edilmişdir.
Tədbirdə təbrik üçün Dərbənd şəhər, şəhər dairə başçısının müavini Vidadi Zeynalov, Dərbənd şəhər mədəniyyət, siyasət, gənclər, idman və turizm idarəsinin sədri Samilə Nəcəfova, Dərbənd şəhər Quruq Muzeyinin direktor müavini Vadim Quliyev və başqa qonaqlar çıxış ediblər.
Tədbirdə, Dərbənd şəhərinin 1 nömrəli musiqi məktəbi, 2 nömrəli musiqi məktəbi, musiqi kolleci, Dərbənd bələdiyyəsinin Dərbənd mahnı və rəqs ansamblı, Kaspiy Dağıstan Dıvlət rəqs ansamblı, Dərbənd şəhər uşaq və gənclər sarayının uşaqları iştirak etdilər.
Tədbirdə, Dərbəndin bütün məktəb və Uşaq baxçalarının uşaqları, rayonlardan gələn uşaqlar şənlənib oynayırdılar. Rəngarəng şarlarla, güllərlə bəzədilmiş bu konsert programı, uşaqların sevincinə səbəb olub. Bütün uşaqları, bu gözəl bayram münasibətilə, «Dərbənd» respublika qəzetinin kollektivi adından ürəkdən təbrik edirik.

Z. Dərbəndli