Kaspiysk şəhərinin №2 nömrəli məktəbinin direktoru, xüsusi hərbi əməliyyatın iştirakçısı Alibeq Kazanbiyev “Vətənin müdafiəçisi-Müəllim” nominasiyası üzrə “Признание — 2023” Milli sosial və peşə mükafatına layiq görülüb. Bu barədə Vətən Müdafiəçisi Fondunun mətbuat xidməti məlumat yayıb.
Kaspiyskdən olan məktəb direktoru “Признание – 2023” mükafatının qalibi oldu.
Qalibləri Vətən Müdafiəçiləri Fondunun sədr müavini, Rusiya Qəhrəmanı Aleksey Romanov və Rusiya Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsov mükafatlandırıblar.
Alibeq Kazanbiyev “Признание-2023” Milli Sosial və Peşəkar Mükafatının “ Vətən Müdafiəçisi –Müəllim” nominasiyasında layiqli qələbəsi ilə xalqın qəğbətini qazanıb. Böyük rus pedaqoqu Anton Semyonoviç Makarenko deyirdi: «Sözlər öyrədir, əməllər cəlb edir!» Şübhəsiz ki, istedadlı pedaqoq və müdrik tərbiyəçi Alibeq Kazanbiyev vətənpərvərlik və Vətən sevgisini söz və müraciətlə deyil, şəxsi nümunəsi ilə, çoxuşaqlı ailənin başçısı, məktəbdə müəllim kimi övladlarını, ailəsini qoyub gedəndə göstərmişdir.
О, öz Vətəninin mənafeyini şərəf və ləyaqətlə müdafiə etdiyi xüsusi hərbi əməliyyat zonasında könüllü olaraq iştirak etməyə getmiş, buna görə yüksək Dövlət mükafatı – “İgidliyə görə” ordeni ilə təltif edilmişdir! Alibeq Kazanbiyev doğrudan da xalq müəllimidir və məncə, belə yüksək ada da layiqdir.