Vətənin müdafiəsi müqəddəs və şərəfli vəzifədir

Vətən rifahına xidmət etmək güclü, iradəli insanların seçdiyi çətin və məsuliyyətli yoldur. Özlərini əsirgəməyərək, həmvətənlərinin əmin-amanlığını və həyatını qoruyurlar, bəzən də özlərini riskə atırlar. Dağıstan Respublikası Milli Qvardiya İdarəsinin zabiti, polis mayoru Məmmədsəlim Əhmədov forma geyinmiş şəxsin vəzifəsinin nə olduğunu yaxşı bilir.

Vətənə xidmətdə…

Polis mayoru Əhmədov Məmmədsəlim Nurəddinoviç 1979-cu ildə Dərbənd şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Universitetininhüquq fakültəsinə daxil olub. Ali təhsil diplomu alaraqqısa müddət fəhlə işləmiş və hərbi xidmətə yollanmışdır.

“Mən sərhəd qoşunlarına, Azərbaycanla sərhəddə yerləşən 14-cü zastavaya xidmətə göndərilmişəm. Mənim ailəmdə belə bir adət var: insan Vətənə olanborcunu ödəməyə — hərbi xidmət keçməyə, keçibgetməyə borcludur ki, ata-anasının, həmvətənlərinin üzü qızarmasın. Universitetdən sonra əsgərliyə gedəndə bunu beynimdə möhkəm saxladım. Sonraözümlə fəxr etdim: sərhəddə xidmət şərəfli işdir, həm də təhlükəlidir, çağırışçılar ciddi seçimdən keçirlər və düşünürəm ki, istənilən gənc ona belə bir məsuliyyətin həvalə edilməsindən məmnun qalacaq. Sərhədçi olmaqhər gün hərbi xidmət keçmək deməkdir”, — Məmmədsəlim Əhmədov deyir.

Bir dəfə qəhrəmanımız və yoldaşları su ehtiyatlarını qoruyarkən dənizdə şübhəli bir qayıq görürlər. Qrupunrəhbəri irəli getməyə qərar verən Əhmədov idi — oillərdə brakonyerlər “sərhədçilərə” çoxlu bəlalar gətirirdilər.

“Mən haqlı idim, biz həqiqətən brakonyerləri “gördük”. Patrulu görüb gizlənməyə çalışdılar, ammabiz onları buraxmadıq. Atışma oldu, lakin biz onların hamısını saxladıq və qayıqla birlikdə zastavayaapardıq. Sonra buna görə “Sərhəd xidmətinin əlaçısı” döş nişanı ilə təltif olundum. Yadımdadır, mükafatayox, hər şeyi düzgün etdiyimə, doğmalarımın, kiçikvətənin şərəfini ləkələmədiyimə görə sevindim. Mən də fikirləşdim ki, evə qayıdanda atam mənimlə fəxr edəcək”, — deyə Məmmədsəlim Əhmədov xatirələrini bölüşür.

Evə qayıtmaq vaxtı çatanda ona müqavilə bağlamağı və orduda qalmağı təklif edirlər. Ancaq o vaxta qədər nə etmək istədiyini artıq bilirdi.

“Arzum polisdə xidmət etmək idi. O vaxtlar asandeyildi, amma sərhəd qoşunları mənə öyrətdi ki, xidmətə vicdanla yanaşsanız, hər şeyin öhdəsindən gəlmək olar. Və ümumiyyətlə, xarakter daha möhkəm, daha qətiyyətli oldu. Ona görə də 2001-ci ildə “tərxis olunaraq” Dərbənd rayon polis şöbəsinin müəllim heyətinə işə düzəldim. Bir ildən sonra məni rayon polisrəisi vəzifəsinə keçirdilər və on iki il orada xidmət etdim. Bu illər ərzində çox şey görmüşəm və çox şeyə hazır olmuşam. Göründüyü kimi, boş yerə deyil”, — M. Əhmədov deyir.

Bir şücaət və hərbi mükafatın hekayəsi …

2008-ci ilin fevral ayının günorta saatlarında “növbətçi otağına” gələn zəng bütün Dərbənd polis idarəsini həyəcanlandırdı. Bildirilib ki, yerli sakinlər Dokuzparinski rayonunun Avadan kəndi yaxınlığında dəniz sahilində silahlı şəxsləri görüblər. Dağıstanda qeyri-qanuni silahlı birləşmələri fəal şəkildə “təmizləyirdilər”, bir ay keçmədi ki, toqquşmalar başverməsin. Ona görə də zəngdən sonra Dərbənd şöbəsinin bütün əməkdaşları dərhal quldur olduqları iddia edilən şəxslərin axtarışına göndərilir.

“Yer qəribə dərəcədə sakit oldu. Bir tərəfdə qamışlıq, digər tərəfdə dəniz sahili. Məlum olduğu kimi, qumbara ilə silahlanmış yaraqlılardan biri artıq həmkarlarımız tərəfindən tutulub. Dedi ki, onun ikişəriki qamışlıqda gizlənib. Bir neçə həftə əvvəl Tabasaran rayonunda xüsusi əməliyyat keçirilib və buəməliyyat zamanı “Malaçiyevskaya” qruplaşmasının quldurlarının əsas hissəsi zərərsizləşdirilib. Lakin buüç nəfər qaça bilib. Hər tərəfdən kolluqları mühasirəyə aldıq və xidməti itlər göndərdik ki, orada kimsə var. Daha üç həmkarım da yanımda idi. İtlərdən qorxansilahlılardan biri cənub tərəfdən çıxdı. Əlində silah varidi, bizdən bir az aralı dayanan əməkdaşları nişanalmışdı. Bu zaman ona səsləndim, o, dönüb mənim tərəfimə atəş açmağa başladı. Mən də atəş açdım. Aramız 20-30 metr idi, mən dənizin qırağında dayandım, o — qamışlıq tərəfdə idi. Bilmirəm nə qədər vaxt keçdi mən büdrəyib yıxıldım, sonra o, budumdanvurdu. Bununla belə, atışı davam etdirdim və cavabzərbəsi ilə onu zərərsizləşdirdim. İkinci cinayətkarla yoldaşlarım məşğul oldular. Xoşbəxtlikdən həmin günonların heç biri ölməyib”, — deyə Məmmədsəlim bildirib.

Əhmədov iki ay tibb məntəqəsində yatıb. Elə həmin ilRusiya Federasiyası Prezidentinin Fərmanı ilə Məmmədsəlim Əhmədov “İgidliyə görə” ordeni ilə təltif edilib. Qəhrəmana mükafatı Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev təqdim edib.

“Zədədən sonra həyatımı bir çox cəhətdən yenidən düşündüm — insanlara daha dözümlü oldum, xırda şeylərdən həzz almağı öyrəndim. Bu hadisədən cəmi bir il sonra atam dünyasını dəyişdi. Mən yaralanandaməndən narahat olduğu üçün özünə yer tapa bilmirdi. Onun ürəyi xəstə idi və belə bir şok ölümcül oldu. Onun ölümündən sonra uzun müddət özümə gələ bilmədim. Ancaq indi, bir müddət sonra deyə bilərəm: nə olursa olsun, ruhdan düşməməlisən, irəli getmək və yalnız ən yaxşıya inanmaq lazımdır. Başqa yolyoxdur”, — Məmmədsəlim deyir.

Rusiya Qvardiyasının sıralarında …

2014-cü ildə Məmmədsəlim Əhmədov Rusiya Daxiliİşlər Nazirliyinin Dərbənd rayonu üzrə lisenziyalaşdırma və icazə işlərinin böyük inspektoruvəzifəsinə keçirilib. İki ildən sonra Milli Qvardiyayarananda ona doğma Dərbənddə rayonlararası lisenziyalaşdırma və icazə işlərinin idarə edilməsişöbəsinin rəisi vəzifəsi təklif olunub və bu günə kimihəmin şöbədə çalışır.

“İş ciddidir, bizim idarəmiz Dağıstanın cənubundakı iki şəhər və on rayona cavabdehdir. İnsanlarla təmas qurmaq, bütün məsələlərlə bağlı lazımi izahatların verilməsi, qanunvericilikdəki dəyişikliklər barədə vaxtında məlumatlandırılması çox vacibdir. Tolerant və ədalətli olmaq lazımdır. Bunu şəxsi heyətimə də öyrədirəm”, — polis mayoru Məmmədsəlim Əhmədov deyir.

Qəhrəmanımızın iki oğlu var. Böyük oğlu Sankt-Peterburq İqtisad Universitetinin tələbəsidir, ən kiçiyihələ məktəbdə oxuyur, amma artıq mənim yolumlagetmək qərarına gəlib.

“Gəncliyimdə etdiyim xidmət seçiminə görə bir gün də peşman olmadım. Hərdən fotoşəkillər çəkirəm, onlarda14-cü zastavadakı gənc sərhədçi əsgəri görürəm və başa düşürəm: onun başqa yolu ola bilməzdi. Əgər o, həyatını vətən müdafiəçisi peşəsi ilə bağlayırsa, mən həmişə oğluma dəstək olacağam, çünki bu, nəcib və çox zəruri bir şeydir”, — deyə zabit söhbətiyekunlaşdırır

Məlumat Rusiya Qvardiyasının Dağıstan Respublikası üzrə İdarəsinin mətbuat xidmətinin məsul icraçısı Aybala Əliyevadan götürülüb.

                                                                                                    R. Musayev.

                                                          Rus dilindən tərcümə etdi:Mirhəmidova S.V