Vətənin,yurdun müqəddəsliyi öz xalqını,öz elini ,obasını,yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu ,ən ali istək,ən yüksək amaldır Doğma Vətənimiz Dağıstan ta qədimdən qəhrəmanlar yurdu,igidlər məskəni olub. Heç bir savaş,heç bir müharibə onları qorxuda bilməyib.Çünki Dağıstan xalqı öz təbiəti,xarakteri etibarı ilə həmişə mərd,cəsarətli və eyni zamanda sülhsevər olmuşdur.O,heç kəsin torpağına göz dikməmiş,kiməsə təcavüz etməyi özünə rəva bilməmişdir.Lakin Vətənin ona ehtiyacı olduğu zaman isə həmişə sinəsini qabağa verərək ona dayaq olmuşdur.Uzaq tarixi keçmişimizi varaqlamağa ehtiyac yoxdur.Bu gun Dağıstanın elə bir şəhəri,rayonu,kəndi,qəsəbəsi tapılmaz ki,oradan mərd,mübariz igidlərin sorağı gəlməsin.Mən deyərdim ki,onlar bizim dövrümüzün qəhrəmanlarıdır.Bu qəhrəmanlardan biri də xüsusi hərbi əməliyyatın iştirakçısı,Dərbənd rayonunun Çinar kənd sakini Kaxrimanov Marsel Djamedoviçdir. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə Marsel Kaxrimanov xüsusi hərbi əməliyyatda iştirak edərkən döyüş əməliyyatlarında göstərdiyi şücaət,fədakarlıq və şəxsi mərdliyə görə Jukov medalı ilə təltif edilib.
Əziz qardaşım, sizin şücaətinizlə,mərdliyinizlə xalqımız, Vətənimiz fəxr edir!
Salixova S.