Dağıstanın rəhbəri Sergey Melikovla birbaşa əlaqədə səslənən 35 məsələdən 9-u artıq bir neçə gün ərzində öz həllini tapıb
Nə edilir:
Əlil uşaq anası Zairə Suleymanovaya yardım göstərilib: Kaytaq rayon icra başçısı lazımi dərmanlar və əlil arabası alıb;
Yaxın vaxtlarda Qarabudaxkənd sakini, dul arvad və üçuşaq anası Bella Qamzayevanın evinin qazlaşdırılması işlərinə başlanacaq, layihə-smeta sənədləri artıq hazırdır və təsdiq üçün göndərilib;
Şamil rayonu Hebda kəndindən olan əlil üçün xüsusitibbi çarpayı alınıb;
Buynakski rayonunda küçələrdən birinə XHƏ-ın mərhum üzvü Şamil Hacımuradovun adı verilib;
Sahibkarlıq və İnvestisiyalar Agentliyinin nümayəndələri “Sosial Taksi” layihəsinin icrası ilə bağlı Sakinat Maqomedova ilə görüşüb;
Sahibkara turizm layihəsinin həyata keçirilməsində köməklik göstəriləcək və infrastruktur obyektlərinin tikintisinə xərclənən vəsaitin bir hissəsini kompensasiya edəcək;
Xeyriyyəçi zərgərlik emalatxanasının icarə haqqının ödənilməsində “Xeyirxahlıq çarxı” Xeyriyyə Fonduna kömək edəcək;
Palmira mikrorayonunda tullantı sularının axıdılması layihəsi ekspertizadan keçirilir;
Dağıstan rəhbərinə birbaşa xətt ilə müraciət edən yaşayış binasının sakinlərinin həyəti bu il abadlaşdırılacaq.
Tərcümə edən S. Mirhəmidova