Vahid Dövlət İmtahanı 100 bal

Ən çox 100 bal toplayaraq  VDİ (bahid dövlət imtahanı) zirvəsini fəth etməyi bacaran Dərbənd şəhərinin məzunlarının yüksək hazırlığını qeyd etmək olduqca xoşdur,qürurverici bir hissdir.Və biz sizə onlar haqqında danışmaq istəyirik:

Səttarzadə Səkinə Səftərovna, BBTM  Dərbənd şəhər 3 saylı orta ümumtəhsil məktəbinin  şagirdidir.Vahid Dövlət İmtahanında ədəbiyyatdan  ən yüksək — 100 bal toplayıb.Təhsil aldığı dövr ərzində həmişə yaxşı göstəricilər nümayiş etdirən Səkinə həm də yüksək əxlaqı və tərbiyəsi ilə də seçilən şagirdlərdəndir.Öz nəzakəti,böyüklərə hörməti ilə və çalışqanlığı  ilə hamınin rəğbətini qazana bilmişdir.Məktəbdə təhsil aldığı dördə çox aktiv, bilikli,yüksək intellektə sahib bir şagird olduğunu və bütün fənnlərə maraq göstərərək biliklərə asanlıqla yiyələnə bilməsini nümayiş etdirmişdir.Ən çox isə humanitar fənlərə üstünlük verən Səkinə ,artıq 10-cu sinifdən imtahana hazırlaşmağa başlamışdır.Çoxlu inşa yazıları,test tapşırıqları üzərində çalışaraq öz bilik səviyyəsini yüksəltməyə nail olmuşdur.Yalnız  dərs proqramı çərçivəsində deyil, müasir və xarici ədəbiyyatla da maraqlanır və daima  mütaliə edirdi.Qazandığı nailiyyətlərinə görə öz valideynlərinə və müəllimlərinə minnətdar olduğunu deyir.Müəllimləri:  Arzu Nasretdinovna,Zumrud Veliyevna ,Elmira Şıxaxmedovnaya ,ona inandıqlarına  və göstərdikləri kömək əsasında yüksək bal topladığını söyləyərək onlara  çox minnətdar olduğunu dedi.Səkinə Səftərovna A.İ.Qersen adına Rusiya Dövlət Pedaqoji universitetinin xarici dillər fakültəsində tərcümə və tətcüməşünaslıq ixtisasına yiyələnməyi qarşısına məqsəd qoyub.

BBTM  Dərbənd şəhər 19 saylı orta ümumtəhsil məktəbinin şagirdi Bedelova Saida Nizamıyevna  Vahid Dövlət İmtahanında rus dili fənnindən 100 bal toplayaraq birincilər pilləsinə yüksələ bilmişdir.Təhsil aldığı 11 il ərzində Saida ağıllı,təhsili ilə  ciddi məşğul olan,sinif yoldaşlarına həmişə nümunə olan və  köməyini onlardan  əsirgəməyən  əsl şagird adına layiq bir  qızdır.Məktəbdə  və sinfdə  aparılan bütün tədbirlərdə yaxından və aktiv iştirak edən Saida təhsil aldığı illər ərzində hamının yaddaşında çalışqan, səliqəli və elmə ,biliyə yiyələnməyə həvəs göstərən bir şagird kimi qalmışdır.

Canmirzoyev Maqomed Yunisoviç –BBTM  Dərbənd şəhər 15 saylı orta ümumtəhsil  məktəbinin şagirdidir.Vahid Dövlət İmtahaninda  rus dili fənnindən 100 bal  toplayıb.

Maqomed bütün bu illər ərzində məktəbdə mükəmməl, yəni  “əla” qiymətlərlə oxumuşdur,fənn olimpiadalarının və bir çox müsabiqələrin iştirakçısı olmuşdur.Onun əsas xüsusiyyəti maraq və fədakarlıqdır.Vahid Dövlət İmtahanına hələ 10-cu sinifdən hazırlaşmağa başlayan Maqomed qaydaları  təkrar  öyrənər, testlər üzərində işləyər,inşa yazmaq,inşa-mülahizə üzərində çalışmaq ,bədii ədəbiyyat oxumaq – nəhayət Maqomed üçün  öz bəhrəsini verdi.

Həmsöhbətimizin dediyinə əsaslansaq ,şagirdlərin çoxu vaxtından qabq  tapşırıqların öhdəsindən  gələrək imtahanı tərk etmişlər. Bu da onların yüksək hazırlığını bir daha təsdiqləyir.Təhsilə ciddi yanaşmaları  və gələcək ixtisaslarına düzgün seçim etmələri onların  belə yüksək nəticələr əldə etməsinə  imkan vermişdir.

Bu ən yüksək tərifə layiq olan çox layiqli bir nəticədir.Getdikcə daha çox yeni zirvələr fəth etmələrini istəyirik.

Biz də öz növbəmizdə Vahid Dövlət İmtahanını müvəffəqiyyətlə başa vuran məzunlarımızı təbrik edir, onlara gələcəkdə  nailiyyətlər arzulayırıq.