“Vahid Rusiya “qiymətlərə nəzarət edəcək

            

“Vahid Rusiya” ərzaq qiymətlərinə nəzarəti öz üzərinə götürdü: iki həftə ərzində “borş dəsti”nin təyin olunmuş  qiyməti daha əlverişli olacaq. “Vahid Rusiya”  ərzaq qiymətlərinin endirilməsi planlarının həyata keçirilməsinin  ilk nəticələrini   iki  həftəyə yekunlaşdırmaq niyyətindədir.Bunlar bir məqsəd olan –mövsümi məhsulların qiymətini azaltmaq üçün konkret tədbirlərdir.İlk növbədə söhbət “borş dəsti”-kartof, soğan, kələm, yerkökü, çuğundur və əlavə olaraq xiyar və pomidordur.Bu barədə , Federasiya Şurasının vitse-prezidenti, “Vahid Rusiya”nın Baş Şurasının katibi A.Turçak qida məhsullarının bahalaşması ilə bağlı vəziyyətə  həsr olunmuş iclasda  açıqlama vermışdir.

“Bu həftə sonu bütün bölgələlərdə monitorinq apardıq,bögələr vəziyyəti sabitləşdirmək və qiymətləri endirmək üçün təkliflərini verdilər.Onu da xüsusu vurğulamaq istəyirəm ki,tapşırıq yalnız qiymətləri endirməkdir”- deyə O, vurğyladı.Qiymətlərin endirilməsi  və məhsul bazarına nəzarət tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Duması Sədrinin müavini  Aleksey Qordeyevin  (“Vahid Rusiya” nın hissəsi)rəhbərlik etdiyi  bir işçi qrupu yaradıldı.

“Bölgə rəhbərlərinin nümayəndələri Rusiya Federasiyasının işçi qruplarına daxil edilməlidir.Bu məsələləri gündəlik nəzarət altına alırıq,sahədən məlumat  toplayırıq”-deyə Andrey Turçak vurğuladı.

Bir sıra prioritet və uzunmüddətli tədbirlər cari vəziyyəti qiymətlərlə düzəltməyə kömək edəcəkdir.Bu vəziyyətə dərhal təsir göstərməli olan təşəbbüslər arasında pərakəndə satış şəbəkələri ilə istehsalçılar arasında sosial əhəmiyyətli məhsullara əlavələrin azaldılması barədə müqavilələrin bağlanması da mövcuddur.”Vahid Rusiya” işçi qrupunun rəhbəri, Dövlət dumasının spikeri Aleksey Qordeyev bildirib ki,ərzaq qiymətlərindəki mövcud artımı iqtisadi səbəblərə görə əsaslandırmaq olmaz.

“Rusiya Federasiyası Hökumətinə ,ticarət nazirliklərinin nəzarəti altında sektor birlikləri və kənd təsərrüfatı məhsulları istehsalçıları birlikləri ilə təcili olaraq ,tərəvəz məhsulları üçün sosial əhəmiyyət kəsb edən qida məhsullarının ticarət marjalarını azaltmaq üçün bir müqavilə imzalamaq üçün   pərakəndə şəbəkələrə tövsiyə etməyi təklif edirik” –dedi və regional qurumlara bu razılaşmaların yerinə yetirilməsinə nəzarət etmək hüququ verilməsini təklif etdi.

Tərəvəz və meyvələrin birbaşa istehsalçıları tərəfindən əlavə marjalar olmadan satılması üçün sahələrin olmaması da qiymətlərə ciddi təsir göstərir.

“Şəhər bazarlarında və yarmarkalarda satılması üçün istehsalçılardan kənd təsərrüfatı məhsullarının vasitəçılər olmadan birbaşa əhaliyə çatdırılmasını təşkil etmək lazımdır.Bunu cari ilin bütün mövsümü üçün etmək lazımdır”-deyə Aleksey Qordeyev fikir bildirdi.

Pərakəndə şəbəkələrdəki qiymətlər ,bazarlarda və yarmarkalarda satışların artırılması ilə bağlı təşəbbüslər nazirlər kabinetində dəstəkləndi.Baş nazirin müavini Viktoriya Abramçenkonun sözlərinə görə,meyvə və tərəvəz məhsullarının qiymətlərindəki azalmalarla bölgələrdəki yarmarkalarda ikiqat artım təmin edilə bilər.Ölkədə belə imkanlar var.

“2020-ci ilin sonunda RF Hökuməti müvafiq bir əmr hazırladı.Bu gün buna Rusiya Federasiyasının 77 subyekti cavab verdi və ədalətli ticarətin təşkili ilə bağlı “şəffaf “qaydalarını hazırladı və bütün bölgələrin Sənaye və Ticarıt Nazirliyinin lazımi köməyi ilə bu işə aktiv şəkildə qoşulacağını gözlədiklərini söylədi. Və  onu da qeyd etdi ki, hökümət nümayəndələri də ərzaq qiymətlərinə nəzarət etmək üçün işçi qrupunun fəaliyyətində fəal iştirak edəcəklər”.

“Bu gün artıq qiymət monitorinqi ilə bağlı işlərə qoşulmuşuq.İşçi qrupuna Aleksey Qordeyev rəhbərlik edir.Mən ,şəxsən , Kənd Təsərrüfatə Nazirliyinə ,Sənaye və Ticarət Nazirliyinə onun işinə qarışmaq və ədalətli  ticarət potensialının artırılmasında Rusiya Federasiyasının təsis qurumlarına kömək etməyi tapşırmışam”- deyə V.Abramçenko sözünü tamamladı.

Xatırladaq ki, 19 iyul tarixində Rusiya Federasiyası Hökumətinin rəhbərliyi və bölgə rəhbərləri ,pərakəndə şəbəkələrin nümayəndələri  ilə “Vahid Rusiya”nın yerində görüş keçirildi.Beləliklə, görüşdə “borş dəsti”nə maliyyənin azaldılması üçün konkret tədbirlər elan edildi.Hökumətin ,partiyaların,regional hakimiyyət orqanlarının və pərakəndə şəbəkələrin nümayəndələrini  əhatə edən işçi qrupunun yaradılması  da bu baxımdan , qiymət hesablaşması üzrə işləri koordinasiya etmək məqsədi daşıyır.