Ölkə prezidenti vurğulayıb ki, ötən illər ərzində parlament tərəfindən regionda ictimai proseslərin daha da inkişafını təmin edən qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm işlər görülüb.
«Dağıstan parlamenti iqtisadiyyatda, sosial sahədə, səhiyyədə, mədəniyyətdə dəyişikliklərin hüquqi əsaslarını qoydu. Əlbəttə ki, Xalq Məclisinin böyük xidməti ondan ibarətdir ki, ağır sınaqlar zamanı o, respublikanın sakinlərini zamanın tələb etdiyi əsas problemləri həll etmək üçün bir araya gətirə bildi, bunlardan başlıcası Dağıstanın və bütün Rusiyanın bütövlüyünün qorunması, beynəlxalq terrorizmə qarşı mübarizə, Şimali Qafqazda millətlərarası sülhün və razılığın möhkəmləndirilməsidir.
Əminəm ki, bundan sonra da doğma torpağa olan səmimi məhəbbət, səriştə, icra hakimiyyəti orqanları, siyasi partiyalar və ictimai birliklər ilə səmərəli qarşılıqlı fəaliyyət sizə imkan verəcək ki, çox şey əldə etmək üçün tam fədakarlıqla işləyəsiniz.