Motokrosun iştirakçılarını “İzberbaş” ansamblı və “Baxt” qrupu mahnı və rəqslərlə qarşılayıb.
“Yaraq-Kazmalyar” keçid məntəqəsində respublikanın qonaqlarını Dağıstan hökumətinin baş nazirininmüavini Ramazan Cəfərov və Respublikanın MilliSiyasət və Dini Məsələlər üzrə naziri Enrik Müslümovqarşılayıb.
Qonaqlar 5000 kilometrdən çox məsafə qət edərək, birsıra Xəzəryanı dövlətlərdən — Qazaxıstan, Türkmənistan, İran və Azərbaycandan keçiblər. Dağlarölkəsində qaçış iştirakçıları Kaspiyskdə dayanacaq, daha sonra layihənin başlandığı Həştərxan vilayətinə gedəcəklər. Motokros Kremldə başa çatacaq. Genişmiqyaslı aksiyanın təşəbbüskarı Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindir.
Qeyd edək ki, bu, Xəzəryanı ölkələrlə mehribanqonşuluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş unikal beynəlxalq yarışdır.
R.Musayev