31 dekabr, ilin son günüdür. 2022-ni yola salırıq, 2023-ü qarşılayırım. Həm də bugün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Hər iki möhtəşəm bayram münasibətiylə bütün dünyada yaşayan insanları, dağlar diyarı Dağıstanımızda yaşayan bütün millətləri səmimi qəlbdən təbrik edirəm. Əzizlərim, sizin hər birinizə uca Allahdan ilk öncə can sağlığı, ailələrinizə xoşbəxtlik, saadət, dünyamıza sükh və əminamanlığ arzulayıram. Qoy bu il, hər kəsə düşərli olsun, uğur və sevinc gətirsin. 2022 özünün acısıyla, şiriniylə artıq tarixə keçir. Tarjxjn bir ilini də, beləcə yola saldıq. İndi yeni ümid və arzularla, 2023-ün bizə nələr gətirəcəyini, nələri bəxş edəcəyini gözləyirik. Ümidvaram ki, bu il dünyamıza sülh və əminamanlığ gətirəcək. Bizim «Dərbınd» respublika qəzetimiz, dünyada, respublikamızda baş verən hadisələri xalqımıza çatdırır. Bu il də, hər zamqn olduğu kimi kollektivimiz, dünya və respublika xəbərlərini olduğu kimi və fəal olaraq xalqa çatdıracağ. İlin tamamına, artıq sayılı saatlar qalıb. Bu saatları da, ailələrinizlə deyə, gülə keçirməyi arzulayıram. Bayaramınız mübarək!
Dərin hörmətlərimlə, «Dərbənd» respublika qəzetinin baş redaktoru Tərlan Ələkpərov