Hər hansı bir vəzifə, hər hansı bir peşə vətənə xidmət deməkdir. Müəllim uşağlara elm verir, həkim insanları müalicə edir, bənna ev tikir, jurnalist bütün xəbərlərdən insanları xəbərdar edir və sair. Bu peşələrin içində ən çətini, ən cavabdehlisi və bir çoxlarının sevgisindən uzaq olan polis peşəsidir. Polis də öz növbəsində knsanlara yardım edir, həddini aşanlara yolunu göstərir. Sürücülərə qaydaları başa salır ki, qəza baş verməsin. Şəhərdə, rayonlarda, kəndlərdə dadsız hadisələrin qarşısını almaq üçün, bəzən öz canlarını təhlükəyə belə atırlar. Hətda iki qonşu arasında olan mübahisəyə belə onlar müdaxilə olunurlar, çünki onların gəlişi bəlkə də bir az o mübahisəni sakitləşdirə bilir. Hətda bir gəlişləri ilə, nəyinsə yaxşı sonluğunu gözlənilən polis işçilərinin bayramıdır. Onların peşəsi, bəlkə də bütün peşələrdən çətin və cavab verilməli bir peşədir. Necə ki əsgərləf sərhəddə vətəni qoruyur, onlar da vətəni təhlükəli hadisələrdən, baş veriləcək qəzalardan qoruyurlar.
Şəhərdə tədbirlər, konsertlər olanda belə, onların köməyi və dəstəyi olmadan keçmir, çünki hər hansı bir hadisənin baş verməməsi üçün, onların o tədbirdə olmaları şərtdir. Bir sözlər hər bir işdə, hər bir yerdə onların yeri ayrıdır. Bu üzdən onları, vətənin, xalqın keşikçisi adlandırmaq olar. Onların olduğu bütün tədbirlər, sakitlikcə və salamatçılığla başa çatır.
Onlara bu çətin vəzifələrində ilk öncə can sağlığı, səbr, dəyanət və işlərində daima oyaq olmalarını və uğurlar arzulayırıq.