Bugün, Dərbənd şəhər Mirzə Kazım Bəy adına mərkəzi kitabxanada. Dərbəndi layiqli oğlu, əfsanəvi sənətkar. Bəstəkar və tarizən, Azərbaycanın Xalq artisti Hacı Xanməmmədovun xatirə gecəsi keçirildi.
Gecədə bir çox qonağlar iştirak etdi. Gecənin hazırlanmasında, ən çox əməyi olan Dərbəndin fəxri vətəndaşı Hüseynbala Hüseynov və Mərkəzi kitabxananın işçiləri idi. Qonağlar arasında Dərbənd şəhər başçısının müavini Vivadi Zeynalov, Dərbənd şəhər Mədəniyyət, Gənclər, idman və turizm idarəsinin sədri Samilə Nəcəfova, bəstəkarın doğmaları və şəhərimizin tanınmış simaları var idi. Azərbaycan Dövlət Musiqili Dram Teatrının artistləri Dağıstan Respublikasının Əməkdar artisti Sevda Beybalayeva və tanınmış şairə və aktrisa Zeynəb Dərbəndli də iştirak etdilər.
Zeynəb Dərbəndli, Hacı Xanməmmədovun Zivər Ağayevanın sözlərinə bəstələdiyi «Aldatmayaq bir birimizi» mahnısını canlı canlı ifa etdi.
«Dərbənd» respublika qəzetinin kollektivi adından, əfsanəvi bəstəkar və tarizən Hacı Xanməmmədovun ruhu şad olsun.

