Tabasaran rayonunun Xuçni kəndində «Tabasaranın qüruru» restaranında, tanınmış müğənni, Tabasaran dövlət Dram teatrının aparıcı və isdedadlı aktyoru bir sözlə, illərin sənətkarı Dağıstan Respublikasının Əməkdar artisti Abdulla Mirzəkərimovun xeyriyyə konserti baş tutub.
Tabasaran rayonu, Dağıstanın ən gözəl və cənnət guşəsində yerləşir. Uca dağları, büllur gözlü qaynayan bulaqları, səsi ilə həzin musiqi çalan çayları, baxdıqca göz oxşayan gözəlliklərlə dolu çölləri insanın ruhunu daha da canlandırır. Bəlkə də elə, bu cənnətin havası, suyu Abdulla Mirzəkərimovun belə şaqraq səsə sahib olmağında böyük rol oynayıb. Əvəzsiz səs tembri ilə, hər kəsdən seçilən və hər kəsin qəlbində özünə taxt qura bilən bu sənətkar.
Aprelin 6-7 si baş verən hadisədə, yəni evini, doğmalarını təbii fəlakətin dəhşətli yağışlarından suyuna qurban gedən insanlara. Bu fəlakətdən zərər çəkənlərə, evsiz-eşiksiz qalan insanlara yardım məqsədi ilə xeyriyyə konserti təşkil edib. Konserti Tabasaran rayonunun başçısı Məhəmməd Siracətdinoviç Qurbanovun dəstəyi, «Tabasaranın qüruru» restoranının və «Etibarlı pəncərələr» kompanıyasının sponsorluğu, sənətkarın özü və İçtimai xadim İstarxanova Nərminə xanımın təşkilatçılığı ilə keçirildi.
Konsertdə, Tabasaran xalqının sevilən və tanınmış sənətkarları Xalq artistləri Məryəm Kaziyeva, Besxanum Gülməhəmmədova, Əməkdar artist Elmira Xankişiyeva, Dərbəndin tanınmış şairəsi, Azərbaycan Dövlət Musiqili Dram Teatrının aktrisası Zeynəb Dərbəndli, müğənnilər Alfiya Mürsəlova, Zariyat Baxışova, Zərifə Həsənova
iştirak ediblər. Abdulla Mirzəkərimovun Zeynəb Dərbəndli ilə dueti, bütün qonağlar tərəfindən böyük coşqu və alqışlarla ilə qarşılanıb. «Unutma məni» mahnısının musiqi müəllifi Elmir Mədətoğlu, sözləri isə Zeynəb Dərbəndliyə məxsusdur.
Abdulla Mirzəkərimovun bucür xeyriyyə konsertləri çox olub. Onun əməyinə böyük dəstək olan Tabasaran rayonunun başçısı Məhəmməd Qurbanov sənətkarı «Təşəkkürnamə» ilə təltif edib.. Bu möhtəşəm konsertin aparıcıları Murad Səfərəliyev və Maidə Aslanova idi.
Biz də «Dərbənd» respublika qəzetinin redaksiyası olaraq. Həm öz adımızdan, həm də zərərçəkən ailələr adından dəyərli sənətkar Abdulla Mirzəkərimova Təşəkkür edirik və ona daha böyük zirvələr arzulayırıq.


