Xoş gəldin Novruz bayramı

2023-cü il mart ayının 15-də Dərbənd şəhər 4 saylı tam orta məktəbində xalqımızın milli bayramı olan ,, Novruz «bayramına həsr edilmiş tədbir keçirildi.Tədbiri Azərbaycan dili və ədəbiyyatı müəllimi İsayeva Səlimə Əlibala qızının rəhbərliyi ilə Seyidova Dilarə Fərhadovna, tabasaran dili müəllimləri İbrahimova Kaxrabat Maqomedşafiyevna, Ramazanova Razida Nazirovna hazırlamışdılar.Şagirdlər gözəl mahnılar ifa etdilər, maraqlı səhnələr göstərdilər, Azərbaycan, tabasaran və rus dillərində Bahara aid şerlər səsləndirdilər,şən haxışdalar oxudular.


Tədbirdə iştirak etdilər:
məktəbin direktoru Ələkbərov Heydər Təlhətoviç, ,, Dərbənd «respublika qəzetinin baş redaktoru Ələkbərov Tərlan Qəhrəmanoviç, ,,Dərbənd» respublika qəzetinin məsul katibi Məmmədova Ayna Haşımovna, Dərbənd şəhəri mərkəzi Cümə məscidinin sədri Seyidov Seyid Yəhya Seyidbalayeviç, Sülh Mədəniyyəti qimnaziyasının direktoru Yüzbəyov Nizami Zalbəyoviç, məktəb valideyn komitəsinin sədri Namətullayev Etibar Sahidoviç,Mərkəzləşmiş kitabxananın direktoru Əliyeva Diana Hafizovna, polis kapitanı Tağıyev Nəriman Çingizoviç,fotoqraf Mullayev Zaur Astemiroviç.
Tədbir çox maraqlı,şən və yüksək səviyyədə keçdi.

A. Məmmədova