“Xoşbəxt uşaqlıq”(“ Cчастливое детство») Dağıstan rəqs ansamblı “Moskva dostlarla görüşür” XX Beynəlxalq festivalında iştirak edib.

Festival oktyabrın 1-dən oktyabrın 10-dək paytaxtda keçirilir. Bu, Rusiyada keçirilən uşaq yaradıcılığının ən böyük və ən uzunmüddətli nümayişlərindən biridir. Proqrama 14 konsert və iki rəsm sərgisi daxildir. 2004-cü ildən keçirilən festival sayəsində artıq 45 minə yaxın gənc istedad Moskvanın və Moskva vilayətinin ən yaxşı səhnələrində çıxış edib. Onların arasında instrumental solistlər, vokalçılar, oxucular, rəqs və xor kollektivləri, sirk studiyaları, rəssamlar, orkestrlər, dirijorlar və bəstəkarlar var. Rusiya prezidenti Vladimir Putin yubiley festivalının iştirakçılarını və təşkilatçılarınaı salamlayıb. Dövlət başçısı qeyd edib ki, Moskvanın konsert və sərgi meydançalarında iştirakçılar öz istedad və bacarıqlarını nümayiş etdirə, tanınmış rəssamlardan, ifaçılardan, təsviri, xoreoqrafiya və sirk sənətinin nümayəndələrindən bacarıq dərsləri ala biləcəklər. Prezident onları zəngin mədəni proqramın, eləcə də paytaxtın tarixi və görməli yerləri ilə tanışlığın gözlədiyini qeyd edib. Nəzərinizə çatdıraq ki, “Xoşbəxt uşaqlıq” ansamblı rayonumuzun orijinal və təkrarolunmaz folklor nümunələrinin təcəssümüdür. 1974-cü ildə Şalumi Mataevin rəhbərliyi altında yaradılıb və Dağıstan hüdudlarından kənarda da şöhrət qazanıb. Ansambl yarandığı illər ərzində 100-dən çox xoreoqrafik əsər və çoxlu konsert proqramları yaratmışdır. Qrupun yaradıcılığı Rusiyanın bir çox yerlərindən, MDB ölkələrindən və xaricdən gələn tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.

S. Salehova