Yaxın vaxtda Dağıstanda iki böyük ayaqqabı fabriki öz fəaliyyətinə baçlayacaqdır

Yaxin vaxtda Dağıstanda Şimali Qafqazın iki ən iri ayaqqabı fabriki işə başlayacaqdır.

Şənbə günü, may ayının  29-da DR baş nazirin birinci  müavini Batır Emeyev Dağıstanın keçən il genişmiqyaslı  tikintisinə başlanılan  “SERG” və “ДОF”ayaqqabı fabriklərini ziyarət edib.

 Bu,  Şimali Qafqazın miqyasına və avadanlıqla təchizatına görə ildə 500 və 600 min cüt ayaqqabı  istehsalı nəzərdə tutulan şirkətləridir.

İlk ziyarət nöqtəsi “DOF” fabriki oldu.Şirkətin rəhbəri Feysal Alipaşayevin müşayəti ilə baş nazirin birinci müavini istehsalat emalatxanalarını  gəzib,kollektivlə söhbət etdikdən sonra  işçilər üçün yaradılan iş şəraiti ilə də tanış oldu. 6000 km. torpaq  sahəsində ucaldılan 5-mərtəbəli bina müasir  avadanlıqla təchiz edilmişdir.İstehsalat gücü ildə 500 min cüt ayaqqabı istehsal etməyi nəzərdə tutulan bu müəssisədə layihə çərçivəsində orta əmək haqqı 25-dən 50 minə kimi nəzərdə tutulan  300- dən artıq  işçi yeri açılması da gözlənilir.Ümumi investisiya təxminən 3 milyon rubl təşkil etmişdir.

“ Artıq 25 ildir ki, bizim şirkət istehsalat bazarındadır,əsas axın- xüsusi məqsədli hərbçi  ayaqqabısı  istehsalıdır:yüksək bortlu döyüş botları,yüksək rütbəli  zabitlər üçün çəkmələr və ayaqqabılar. Bizim hərbçilər  üçün nəzərdə tutulan məhsullarımız hüquq-mühafizə orqanları :DİN,FHN, müxtəlif xüsusi təyinatlı birləşmələr,daxili qoşunlar,sərhəd qoşunları və təhlükəsizlik strukturları üçün nəzərdə tutulmuşdur.Şirkətimizin istehsal etdiyi yüksək keyfiyyətli hərbiçi ayaqqabıları hər hansı bir geyimə uyğundur”-deyə Alişayev vurğuladı.

Batır Emeyev şirkətin rəhbərindən əməkdaşların sosial problemlərinin həllində necə köməklik göstərməsi ilə də maraqlandı.Yaxın gələcək üçün planlarını bölüşərək şirkətin rəhbəri əməkdaşlar üçün yataqxana və uşaqlar üçün isə məktəbəqədər tədris müəssisəsi tikdirməyi nəzərdə tutduğunu söylədi.

İkinci ziyarət nöqtəsi isə Maxaçkala şəhərindəki “SERG” ayaqqabı fabrikinin tikinti meydançası və 5000 metrlik sahəyə məxsus ayaqqabıların saxlanma anbarı oldu.Burada artıq 3300 kv.metrlik sahədə inşa edilən binada kişi ayaqqabılarının istehsalı nəzərdə tutulmuşdur.Yaxınlıqda  asanlıqla qurulan bina konstruksiyalarından  eynilə həmin emalatxanadan qadın ayaqqabılarının istehsalı üçün də tikilməkdədir.

Ümumi investisiya, alınmış avadanlıqla birgə təxminən 300 mln.rubldır.Nəticədə 150 iş yerinin yaradılması nəzərdə tutulur.Şirkət ildə 600 min cüt ayaqqabı istehsal etməyi qərarlaşdırıb.

Sosial layihələrin həlli  baxımından şirkətin rəhbəri Süleyman Nüseynov bildirdi ki,əməkdaşların rahat yerləşdirilmələri  üçün yataqxana tikdirməyi nəzərdə tutmuşdur.

Səfərə yekun vuraraq Batır Emeyev gördüklərini müsbət qiymətləndirərək” Bizim məqsədimiz kiçik və orta sahibkarlığın iqtisadi fəaliyyətini dəstəkləmək,olan iş yerlərini  saxlamaqla yeni iş yerlərinin açılmasına nail olmaq, sahibkarlıqla məşğul olan sahibkarların işinin təşkilində onlara köməklik göstərmək,həm də şirkətin əməkdaşları üçün normal yaşayış yeri açılması üçün  sosial layihələrin həyata keçirilməsində onlara yardımçı olmaqdır”- deyə baş nazirin birinci  müavini  sözünü tamamladı.