Yersi kəndindən olan istedadlıusta

                                     

Tabasaran rayonunun Yersi kəndindən olan, yaxşı tanıdığım Aləhməd Hacıəhmədov ağac sənəti ustası kimi gözlənilməz istedad nümayiş etdirib. Düzünüdesəm, bu barədə heç bir fikrim yox idi. Amma özünündediyi kimi, Kizlyardakı uşaq bağçalarının birində mühafizəçi işləyərkən vaxt itirməmək, faydalı işgörmək qərarına gəlib.

Taxta dəyirman, nağıl quyusu və bənzərsiz quşevciklərini Kizlyardakı” Semisvetik” uşaq bağçasının uşaqları çox bəyəniblər. Yeni uşaq bağçasının ərazisində landşaft dizaynının qeyri-adi elementləri onun əl işləridir.

Ustanın özünün dediyinə görə, uşaqları sevindirmək,və həm də boş vaxtını yaxşı,səmərəli keçirmək üçünbəzək əşyaları hazırlayır. 

O, quş evciklərini hətta mebel ilə də hazırlamaq qərarına gəlib, bu, mənim fikrimcə, tamamilə nou-haudur.

— Burada quraşdırılan kiçik memarlıq formalarını şaxələndirmək üçün uşaq bağçası üçün bəzi dekorativ konstruksiyalar hazırlamaq istədim. Pəncərələri, küləyin gücü ilə fırlanan pərləri, pilləkənləri və iki eyvanı olan taxta dəyirmanımı hamı çox bəyəndi. O, həqiqətən yaşıl sahəni canlandırdı. Ən təəccüblüsü odur ki, uşaqlar külək qurğusuna o qədər ehtiyatla yanaşırlar, bir-birinə ona toxunmağa belə imkanvermirlər, — Aləhməd Hacıəhmədov bildirdi.

Külək dəyirmanına əlavə olaraq, ərazidə vedrə ilə birmöcüzə quyusu parlayır. Hər şey ağacdan və realölçüdə hazırlanıb — sanki nağıldandır. Bu iş günlərləçox vaxt aparır. Dülgər Aləhməd yalnız həftə sonları işləyir. Sevimli hobbi bütün boş vaxtlarını alır. O, həmyerlilərinin xahişi ilə də nəsə düzəldir,yaradır. Onsuz da yerliləri onun yaradıcılığını çox bəyənirlər. Ən çox müraciət quş evciklərinədir. Bu tikililərin birneçəsi şəhərin digər uşaq bağçalarının həyətlərindəki quşları sevindirir. Quş evcikləriləri — başqa cür deyə bilməzsiniz — unikaldır, təkrarları yoxdur. İki və üçmərtəbəli evciklər, mebel, pəncərələr, çardaq və hətta Wi-Fi! Usta təəccübləndirməyi bacarır.

— Ən son işim, pəncərələri açıq, qapıları və hətta mebellərlə təchiz olunduğu çardaqlı ev formasında, həm də ağacdan hazırlanmış və özüm hazırladığım quş evciyidir. Mən damda Wi-Fi quraşdırdım, — deyə ustaöyünür.

Hacıəhmədovun sözlərinə görə, o, uşaqlıqdan dülgərliyə həvəsi olub. Ancaq o, yalnız beş il əvvəl, uşaq bağçasında gözətçi kimi işləməyə başlayandan quş evcikləri və digər dekorativ strukturların istehsalı ilə ciddi məşğul olmağa başlayıb. O, qeyd edir ki, xüsusi təhsil almayıb və buna görə də onun işi istədiyiqədər mükəmməl deyil.

  Bununla belə, onun işinin nəticələrinə baxandaheyranlıqla demək olar — bu, əsl sənət əsəridir!

                Q.Ömərov

                  Rus dilindən çevirəni:Mirhəmidova S.V