Yol təsərrüfatı sahəsindəki problemlərgündəmdədir

         

Bu sual hər kəsin ağzındadır. Hamıya məlumdur ki, ölkədə iki əsas problem bu və ya digər şəkildə həmvətənlərimizin daim həlak olduğu yollardakı vəziyyətlə bağlıdır.

Təkcə son 6 ildə Dağıstanda kameralar yollarda 5 milyon qayda pozuntusunu qeydə alıb. Hər bir pozuntunun arxasında kiminsə həyatı dayana bilər, çünki əslində avtomobil həmişə riskdir. Lakin keçmişdə Dağıstan üçün yolların vəziyyəti ağır problem idi və bu, qəzalardan sonra yüksək ölüm hallarına səbəb olurdu.

Mahaçqaladan Buynakska gedən magistral yolu xatırlamaq kifayətdir ki, son bir il yarım-iki ildətransformasiya olunmuş və yarısı dördzolaqlıolmuşdur.

Regional yolların ardınca federal magistralların hissələrinin genişləndirilməsi, təkmilləşdirilməsi və yenilənməsi faktını qeyd etməmək mümkün deyil.Buna Dağıstanla Rosavtodorun Qafqazdakı strukturları arasında daha sıx əməkdaşlıq kömək etdi. Nümunə olaraq, Dağıstandakı R-217 Qafqaz marşrutunun yarısından çoxu 2024-cü ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

Lakin yüksək keyfiyyətli asfalt və yeni işarələr həmişə təhlükəsizliyin təminatçısı deyil. Buna görə də Dağıstan yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün daha böyük həllər yoluna çıxır.

Məsələn, Mahaçqaladan sonra smart işıqforlar və intellektual nəqliyyat sistemləri Dağıstanın daha üç şəhərində – Kaspiysk, Dərbənd və Xasavyurtda peyda ola bilər. Mahaçqalada bu sistemin işinin ilk nəticələri artıq mövcuddur — onun işlədiyi küçələrdə tıxaclarda dayanmalar azalıb, küçələrin keçid qabiliyyəti artıb.

Bəli, yol təsərrüfatı sahəsində problemlər çoxdur, onları müzakirə etmək, mövzuları qaldırmaq lazımdır.

Tərcümə edən: S. Mirhəmidova