Avqustun 3-də Dağıstan Respublikası Xalq Məclisi sədrinin birinci müavini Yuri Levitski Babayurt rayonunun Lvovski 1 saylı kəndində 216 şagird yerlik məktəbin tikintisi ilə tanış olub. Respublika İnvestisiya Proqramı çərçivəsində 337 milyon rubl dəyərində məktəb tikintisinə Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun Babayurt rayonuna səfərindən sonra onun tapşırığı ilə başlanılıb. Məktəb 1958-ci ildə tikilmiş qəzalı binanın əvəzinə tikilir. Bu günədək stadionda işlər yekunlaşdırılır, asfalt örtüyü salınır, ərazi abadlaşdırılır. Mebel, tədris və digər avadanlıqlar yığılıb quraşdırılır. Həmçinin məktəbin su təchizatı üzrə işləri yekunlaşma mərhələsindədir. Respublika parlamentinin birinci vitse-spikeri Yuri Levitskinin sədrliyi ilə keçirilən iclasda işlərin tezliklə başa çatdırılması və sentyabrın 1-dək məktəbin açılışı məsələləri müzakirə olunub. İclasda Dağıstan Respublikasının tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri vəzifəsini icra edən Aleksandr Nesterov, “Babayurt rayonu” bələdiyyəsinin rəhbəri Daniyal İslamov, Dağıstan Respublikası Təhsil və Elm Nazirliyinin nümayəndələri, Dağıstan Respublikası üzrə Rospotrebnadzor İdarəsi, podratçı və məktəb rəhbərliyi. Səfərin yekunlarını şərh edən AXC sədrinin birinci müavini qeyd etdi ki, respublikanın rəhbəri Sergey Alimoviç Melikov sosial obyektlərin tikintisinə və əsaslı təmirinə ciddi diqqət yetirir. Bu günədək respublikada 15 məktəb və 13 uşaq bağçası sentyabrın 1-dən istifadəyə verilməyə hazırlaşır, bu il artıq 7 uşaq bağçası öz qapılarını açıb. Bu ilin sonuna kimi “Təhsil” və “Demoqrafiya” milli layihələri çərçivəsində tikilən daha 46 təhsil obyektinin istifadəyə verilməsi nəzərdə tutulur. Xalq Məclisinin deputatları məktəblərin, uşaq bağçalarının tikintisinə və əsaslı təmirinə mütəmadi olaraq nəzarət edir, lazım gələrsə, yaranan problemlərin həllinə köməklik göstərirlər. Yuri Levitski vurğulayıb ki, parlament nəzarəti bu obyektlər istifadəyə verilənə qədər davam edəcək
S. Salehova