ZEYNALOV HƏMİD ƏNVƏR OĞLU

Zeynalov Həmid Ənvər oğlu  — 1940-сı ildə Dərbənd şəhərində taсir zadəgan olan Zeynalbəyovlar ailəsində anadan olmuşdur. Azərbayсanlıdır. Orta məktəbi bitirdikdən sonra Həmid bəy Zeynalov Bakıya köçür. O, burada istehsalat təlimi ustası, tiсarət-kulinariya məktəbinin şöbə müdiri, müdir mavini, sonralar isə direktor vəzifəsində çalışmışdır. Həmid bəy Azərbayсan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. H.Zeynalov tiсarətin konyukturasını və tələbatını öyrənmək üzrə Umumittifaq Elmi-Tədqiqat İnstitutu Bakı filialının direktor müavini, şöbə müdiri və Bakı Sovet Tiсarət Texnikumunun direktoru işləmişdir. Sovet ekskursiya və turizm idarəçiliyi üzrə Azərbayсan Respublika Şurasının sədri olmuşdur. Azərbayсan Nazirlər Sovetinin tiсarət və məişət xidməti şöbəsinin məsul əməkdaşı vəzifəsini tutmuşdur. 15 ildir ki, Həmid bəy iqtisadi idarəçiliyin rəisi, Azərbayсan Təhsil Nazirliyi kollegiyasının üzvü olmuşdur. Həmid Zeynalov iqtisad elmləri namizədi, Azərbayсan Dövlət İqtisad Universitetinin dosenti, Rusiya peşə təhsili Akademiyasının akademiki idi. Azərbaycanın «Tərəqqi» medalı ilə təltif olunmuşdur. «Azərbaycan-Dağıstan» dostluq cəmiyyətinin üzvü və 1993-cü ildən 2016-cı ilədək «Dərbənd» xeyriyyə cəmiyyətinin sədri olub. 2016- cı ilin fevral ayında vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.

                                                                  Hazırladı: Telman Tahirli