Vaksinasiya vacibdir


Xəstəliyə ilk tutulanlardan biri olmuşam
Bir neçə aydan sonra başlanmasının iki illiyi tamam olacaq. Koronavirus pandemiyasının yayılmasının sürəti azalmaq əvəzinə ölkəmizdə yenidən sürətlənməyə başlamışdır. Mütəxəssislərin etirafına görə onun əsas səbəbi vaksinasiyanın keçirilməsidir. Hələ çox insanlar xəstəliyin təhlükəsinin dərk etmir, müxtəlif bəhanələrlə belə bir vacib profilaktiki tədbirdən boyun qaçırmağa çalışırlar. Ona sosial şəbəkələrdə cəriyan edən antivaksinasiya təbliğatıda dəsdək verir. Lakin dünya üzrə son məlumatlar belədir. Yer üzündə xəstəliyə tutulanların sayı 200 milyona, ölənlərin sayı isə 2 milyona yaxındır. Ölkə Prezidenti Vladomir Vladimiroviç Putin keçirdiyi bütün video görüşlərdə əhalinin vaksinasiyaya münasibətini dəyişməyə və KİV-dən təbliğat işinin gücləndirilməsinin vacibliyini xüsusilə qeyd etmişdir.
Respublikamızda vəziyyət yenidən gərginləşməyə başlamışdır. DR başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Melikov Dağıstan sakinlərinə videomüraciyətlə çıxış etmişdir. Təssüflər olsun ki, adamlar dünyada baş verən hadisələri nə görmür, nə də həqiqəti danmaq istəmirlər. Bu gün Dərbənd şəhərində və rayonunda xəstəliyə tutulub sağalanlar az deyil. Onlardan biri rayonda və şəhərdə yaxşı tanınan ömrünün çoxunu təhsil sisteminə həsr edən Nizam Balayeviç Hacıyevdir.
Gəlin onu dinləyək: «Mən bu xəstəliyə ilk dəfə tutulanlardan biriyəm. Xəstəlikn hərarətin 38 dərəcəyə qalxması ilə başladı. Həkim çağırdım və məni xəstəxanaya yatırdılar. Lakin burada çox qalmadım, ağır xəstələrin çox olduğuna görə müalicəni evdə davam etdirməni məsləhət gördülər. Dörd gün antibiotiklər qəbul etdikdən sonra vəziyyətim yaxşılaşmağa başladı. Ancaq xəstəliyin getdikcə inkişaf etdiyi vaxtda səhiyyə nazirliyi və Rospotrebnadzorun tələblərinə əməl etmək lazım idi. Bir ay bundan əvvəl Kovid pondemiyasına qarşı vaksinasiyadan keçməyi qərara aldım. Çinar kəndindəki sahə xəstəxanasında rayon təhsil idarəsinin bütün kollektivi «Sputnik V» ilə peyvənd oldular. Mən də onların arasında idim. Birinci və ikinci vaksinasıyadan keçdim. Profilaktika xarakterli bu tədbirin çox faydalı olması göz qabağındadır. Tamamilə özümü yaxşı hiss edirəm. Tam əmin olmaq üçün «Sağlamlıq» tibb mərkəzində maqnit rezonans tomaqrafiyasını (MRT) keçdim, nəticələr isə sağlam olduğumu təsdiq etdi. Yəni koronavirus pandemiyasının əlamətləri aşkar edilməmişdir. Bununla yanaşı qan analizini də etdirmişəm. Burada da anticanların olmaması təsdiq olunmuşdur. Vaksinasiya sertifikatını da vaxtında almışam. Ona görə də profilaktiki tədbirlərin təşkilindən çox razıyam və vacib işə şəki-şübhə ilə yanaşanlara üzümü tutub deyirəm. Əziz yoldaşlar! Covid pandemiyasının daha ağır ştammlarının aşkar edildiyi bir vaxtda vaksinasiyadan keçməyiniz olduqca vacibdir. Sosial şəbəkələrdə paylaşılay feyk məlumatlara inanmayın, çünki bu məlumatların nə məqsədlə edildiyini dərk etmək çətin deyildir. Özünüzün iradəsini nümayiş etdirərək çox vacib bir tədbirdən kənarda qalmayın. Ən başlıcası isə həm özünüzü, həm ailənizi, həm də ətrafdakıların həyatını təhlükə altına salmayın. Nəticələr çox ağır ola bilər.
Arayiş :» Dərbənd»respublika qəzetinin əməkdaşları da müraciyətlərə cavab olaraq vaksinasiyadan birinci keçənlər sırasındaďırlar. Xoşbəxtlikdən onların heç birində pandemiya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hamı özünü gümrah və sağlam hiss edir. Buna görə də hamınızı heç nədən çəkinməyə vaksinasiya edilməyə çağırırıq.
K. Kərimov