Rusiyanın hər bölgəsində olduğu kimi, Dağıstanımızda da bu baş bəlası «Kovid-19» baş alıb getməkdədir. Bu bəladan qurtarmanın tək yolu da, ona qarşı vaksin olunmaqdır. Bu münvalla da, Dağıstan Respublikasının əməkdar həkimi, yüksək kateqoriyalı həkim, terapevt, Zinfira Zubayilovna Rzayeva ilə müsahibəmi sizlərə təqdim edirəm. — Salam Zenfira həkim, necəsiniz? Sizin qızıl vaxtınızdan, bir az almaq istərdim. «Kovid-19» xəstəliyi ilə əlaqədar. -Salam, təşəkkür edirəm yaxşıyam. Əsas sizlər yaxşı olun. Buyurun, sizi nə maraqlandırır? -Koronavirus infeksiyası, azalmaq əvəzinə çoxalır deyirlər. Mən də bunu, pəşəkar həkimin dilindən eşidib məlumat almaq istədim. Bu işdə durum necədir? -Bilirsiz? Koronavirus elə bir infeksiyadır ki, onun nə vaxt və hardan gəlməsi məlum deyil və bilinmir. Ona görə, ona qarşı ehtiyatsızlıq etmək olmaz. Adi bir soyuqdəyməni tam müalicə etdirməsə belə, o da virusun başlanqıcı ola bilir. Ona görə də, bunun tək çarəsi vaksin edilməkdir. -Zinfira həkim, vaksin olunmaq üçün, müraciyət edən varmı? Və vaksin edilən insanların, təkrar xəstələnmə ehtimalı varmı? -Bəli, vaksin olunmaq üçün, müraciyət edənlər az deyil. Bundan əlavə də, vaksin edilmək istəməyənlər də za deyil. Təkrar xəstələnmə və ya vaksindən sonra xəstələnmə ehtimalı əlbətdə var. Çünki bir idarədə çalışanların yarısı vaksin olunur, yarısı yox. Onlar xəstələnərsə, xəstələnmiş vəya vaksin olunmuş adam da yoluxa bilər. Bunun üçün də, mütəmadi olaraq antiseptikdən və masqadan istifadə edilməlidir. Tez-tez əllər yuyulmalıdır. -Bu xəstəlik insanlara nə yolla keçə bilər, yəni digərlərini yoluxdura bilər? -Bu xəstəlik adamın çox olduğu yerdə daha çox yoluxur, hər hansı bir xronik xəstəliyi olan varsa tez yoluxa bilir. Digər tərəfdən də əl tutub salamlaşmaq, bir-biri ilə qocaqlaşıb salamlaşmaqla. Yəni bütün bunlardan uzaq olmaq gərək, sağlamlıq naminə. -Doğmalar bir-birinə sanki yad olub. Gedib gəlmələr azalıb, münasibətlər soyuyub. -Əlbətdə, bunu aradan qaldırmaq üçün, hamı bir qaydada vaksin olunmalı və deyilən müəyyən əməllərə riayət etmək lazımdır. Bizdə də bilirsiniz ki, deyilənlərəə çox gec əməl edilir. -Bəli, doğrudur. Bu üzdən də, hələ də bu bəla başımızdan getmir. İnsanlar vaksin edildikdə, bəzilərində qızdırma, sümük ağrıları kimi şeylər olur. Bəs bu nədən ola bilər? Bir həkim olaraq buna da bir aydınlıq gətirərdiniz. -Vaksin olunan insanlarda bu kimi hallar ola bilər. Çünki vaksin insan bədənində olan bir çox hüceyrələrlə mübarizə aparır. Kiminin bədəni onu tez qəbul edir, kiminin bir az gec. Gec deyəndə, yəni qanla qarışınca mücadələ edir. Elə ona görə də, bəzilərində belə hallar olur. Amma gərək içində, ona qarşı qorxu və şübhə olmaya. -Bu xəstəlikdən sonra, insanlarda bir çox fəsadlar qalır. Yaddaş itirmə, bədən ağrıları, zəyiflik. Bjnlara görə nə etməlidir? Bəli elə olur, belə olan halda. Mütləq normal qidalanmalı, təbii vitaminlərdən istifadə etməlidir. Yaddaşa gəldikdə isə, mütləq doğmalarla əlaqə saxlamalı heç olmasa telefonla. Çünki, bu xəstəlik adamda çox şeyə qarı həvəsi öldürür. Ona görə, onunla mübarizədə güclü olmağa çalışmaq lazımdır. -Mən sizə, o dəyərli vaxtınızdan bizim üçün ayırdığınıza görə. Həm öz adımdan, həm də bütün kollektivimiz adından təşəkkür edirəm. Var olun ki, varsınız. Sizə bu çətin və cavabdehlik tələb edən işinizdə uğurlar və səbr arzulayıram. -Mən də sizə, bizim bu çətin və cavabdehlik daşıyan işimizi işıqlandıraraq fikrimizi və əməyimizi xalqa çatdırmaq istədiyinizə görə təşəkkür edirəm. Bütün insanlara sağlamlıq və bu bəla ilə mübarizədə səbr diləyirəm. Bax belə əziz oxucularımız. Biz «DƏRBƏND» respublika qəzeti olaraq, bu məqamı da yazıb sizlərə çatdırdıq. Yenə də seçim sizindir, hər kəs fikrində və düşüncəsində sərbəstdir. Zinfira həkimə də, bizə bir çox suallarımıza aydınlıq gətirərək cavablandırdığına görə təşəkkür edirik. M. Seyidov