Vaksin olunun


İki ildən çox, insanların həyatına qəsd edən «KOVİD-19» hələ də davam edir.
Koronavirusa yoluxanların sayı azalmaq bilmir, xəstəlik dünyanı bürüyüb. Ona qarşı vaksinasiya olunmaq hər kəsin borcudur, ən azından həm özünüzü, həm də doğmalarınızı qorumaq üçün. Amma vaksin olunmaq deyiləndə, Dərbənd vaksin vurmamaq səbəbindən axırıncı yerdədir. Vaksin olunun ki, hər hansı bir virus sizin səhhətinizə ziyan vurmasın.
Son zamanlar vaksin olmaqdan imtina edənlərin sayı çoxaldığı kimi, xəstələnənlərin də sayı azalmamağdadır. Odur ki, vaksin olunmaqdan çəkinməyin, vaksin olunub olunmayanlar bir arada olduğu müddətdə, bu xəstəlik azalmayacaq. Özünüz-özünüzü qorumaq üçün, vaksindən imtina etməyin.
Allah bütün xəstələrə şəfa versin, vaksin olunun ki, özünüzü qoruya biləsiniz.
M. Seyidov