«Кавказская тропа» (“Qafqaz cığırı”) layihəsi Ümumrusiya turizm müsabiqəsinin qalibi olub
Moskvada ekoloji, etnomədəni və yaradıcı turizm sahələrində layihələrin və qabaqcıl təcrübələrin Ümumrusiya müsabiqəsinin nəticələrinə yekun vurulub. «Пешком по Кавказу»(“Qafqazda piyadagəzinti”) ANO Dağıstan Respublikasının Turizm və Xalq Sənətkarlığı Nazirliyinin dəstəyi ilə «Проекты в сфере туризма» (“Ekoloji turizm sahəsində layihələr” )nominasiyası üzrə qalib olmuş «Кавказская тропа»(“Qafqaz yolu”) layihəsini müsabiqəyə təqdim edib.
«Qafqaz cığırı» Dərbənd və Soçi şəhərlərini birləşdirən turizm marşrutudur. “Qafqaz cığırının” Dağıstan Respublikası ərazisindəki hissəsi 457 km-lik hazır qeyd edilmiş gəzinti cığırlarından ibarətdir və hər kəsin keçə biləcəyi yerdir.
«Проекты в сфере этнокультурного туризма»(«Etnomədəni turizm sahəsində layihələr»)nominasiyası üzrə Dağıstan komandasının«Возрождение традиции канатаходства»( «İp gəzinti ənənəsinin dirçəldilməsi») layihəsi də müsabiqənin ilk on finalçısı sırasına daxil olub.
Yarışda və akselerasiya təlim proqramında ümumilikdə Rusiyanın 58 regionundan 605 nəfər iştirak edib.