Fevralın 7-də Dərbənd şəhəri Mərkəzi Kitabxanasında 11-ci sinif şagirdləri arasında ana dillərindən bədii qirayətçi müsabiqəsinin şəhər mərhələsi keçirildi. Müsabiqənin məqsədi gənc nəsli Dağıstan xalqlarının mədəni ənənələri ilə tanış etmək, onların doğma mənşəyinə sevgi və hörmət aşılamaqdır. Müsabiqənin münsiflər heyəti: Dərbənd şəhəri təhsil idarəsinin baş təsisçisi Seidbike Abdullayeva, Dərbənd şəhəri Mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Diana Əliyeva, nəğməkar şairə, müğənni və Azərbaycan Teatrının aktrisası. Zeynəb Dərbəndli
Ləzgi şairi yazıçı və nasir Abil Məcidov. Müsabiqənin yekununda birinci yerlər Dərbənd şəhəri 15 saylı orta məktəbin şagirdi Seyidov Mirmövsüm, 19 saylı məktəbin şagirdi Babayev Qəhriman, 20 saylı məktəbin şagirdi Kərimova Ayət. Bu qaliblər Azərbaycan dili nominasiyası üzrə. Ləzgi və Tabasaran dilləri üzrə də hər məktəbdən şagirdlər işirak edib və qalib olublar. Bir şagird Aqul dili szrə, bir şagird də Dargin dili üzrə qalib oldular. Bu qaliblər, Dərbəndimizi respublikada təmsil edəcəklər Tədbirin sonunda şairə Zeynəd Dərbəndli, özünün 6 dildə səslənən «Göz bəbəyim Dağıstanım» şeirini msnsiflər heyətinin xaişi ilə səsləndirdi. Şairə həm də, Azərbaycan xalq mahnısı «Sarı gəlin»i də canlı ifa etdi. Tabasaran şairi Elmira Aşurbəyova isə kitabxananın direktoru Diana Əliyevaya Tabasaran dilində yeni çapdan çıxmış kitabını hədiyyə edib.
Şairlər öz şeirlərini, onu yaşayaraq yazır. Və hər hansı birşeirini də, səsləndirən şəxsin yaşayaraq səsləndirməsini istərlər.
Ana xili həm müqəddəs, həm də bizim kimliyimizdir. Ana dilinəçoxlu şeirlər, mahnılar yazılıb. Sizlərə, şairə Zeynəb Dərbəndlinin «Mənim dilim» şeirini təqdim edirəm.
Mənim dilim
Anaların laylasıdır,
Elmin dərin dəryasıdır,
Allahın nur duhasıdır,
Mənim dilim.
Həm qolumdur, qanadımdır,
Ruhum, canım, həyatımdır,
Tariximdir, soy adımdır,
Mənim dilim.
Bizə qürur, dəyanətdir,
Həm namusdur, həm şöhrətdir,
Dədəmizdən əmanətdir,
Mənim dilim.
Çox varlıdır, dövlətlidir,
Hər ölkədə hörmətlidir,
Dünya boyda sərvətlidir,
Mənim dilim.
Bir sözün min mənası var,
Adı gəzir diyar-diyar,
Ana kimi layla çalar,
Mənim dilim.
Zeynəb sənlə qidalanır,
Dünyanı gəzir dolanır,
Dastanlarda dalğalanır,
Mənim dilim.
Ana dili, vətən və mədəniyyət. Bütün xalqları yaşadan və onların varlığını təsdiq edən bu üç vacib şeydir. Mən sizlərə, şair Fəxrətdin Qəribsəsin «Dağıstanım» şeirini təqdim etmək istərdim. Çünki hər hansı bir festivalda, müsabiqədə vətənə, anaya, yurda aid şeirlər səsləndirilir.
Dağıstanım
Səndə qeyrət rəmzi, namus rəmzi var,
Ey mənim vətənim, mahnım, dastanım.
Sülhə dayaq durub bu yurdda xalqlar,
Aləmə səs salan dürr, Dağıstanım.
Dərbənd qərinələr, illər səsidir,
Axulqо əzəmət nişanəsidir,
Bu yurdun hər yeri can nəfəsidir,
Gizlənib qəlbində sirr, Dağıstanım.
Şöhrəti azalmaz Narın-Qalanın,
Saxlar Qara-Qureyş tarixin anın,
Çox olmur vətəni bircə insanın,
Taleyə yazılan bir, Dağıstanım.
Zirvələr alçalmaz daim uçalar,
Qəddinə bəzəkdir barlı bağçalar.
Nə vaxt ki, dillənir müdrik qocalar,
Saçılır ətrafa nur, Dağıstanım.
Yada sal fərəhlə Anji qalanı,
Rəsul bəzəyindir, şöhrətin, şanın.
Tarix yazmaqdadır şərəf dastanın,
Qürurla ayağa dur, Dağıstanım.
Bu müsabiqədə birinci yer tutaraq qalib gələn, gənc nəslimizə. Hər zaman, hər yerdə, hər işdə qalib olmalarını arzulayıram.
H. Aslanov