Turist mövsümünün açılışı
Dağıstan öz gözəl, fsünkar təbiəti ilə görənləri heyran edir. Dağları, çayları, göz oxşayan çölləri, gülüstanlı bağları, bir söznən cənnətə bərabər görünüşü ilə, dünyanı özünə valeh edib. Dağıstanın gözəlliyinə daha çox gözəllik qatan, qədim, ulu, dastanlarda belə adı çəkilən, oxunmamış kitabəyə bənzər Dəmirqapı Dərbəndimizdir. Dərbənd ona gələn qonağları öz qədim «Narın Qala»sı ilə, nəhəng, əzəmətli divarları, bir-birindən naxışlı, hərəsi bir əsiri əks edən qapıları ilə bura gələn insanları özünə cəlb edir. Artıq neçə ildir ki, Dərbəndə tutist axışı davam edir. Bu il də şəhərimizə turistlərin gəlişi başlayıb. Və bu münvalla, şəhərimiz onların gəlişini bayram abuhavalı, təntənə ilə qarşılayıb.
Və turizm mövsümünün açılışı çərçivəsində, Dərbəndin bir çox görməli yerlərində «Nizami Gəncəvi» parkında, «Daş Qapı»da, «Carçı Qapı»da, Süleyman Stalskiy» parkında, «Azadlığ Meydan»ında konsert proqramları, poeziya gecələri keçirib. Dərbəndin Zeynəb Dərbəndli, Tahir Saleh, Təhmiraz İmamov, Elman Abbas, Məmmədhəsən Bayatı, Peysax Mişiyev, Miyasə Muradxanova, Elmira Əşürbəyova ve bir çoxları bu gözəl musiqili poeziya gecəsində üç gün ərzinə fəal iştirak ediblər. Şairlər öz şeirləri və Dağıstanın xalq şairi Rəsul Həmzətovun şeirlərinə etdikləri tərcümələri səsləndiriblər.
Bu bayram abuhavalı və təntənəli poetik gecədən həm qonağlar, həm də şəhər əhalisi böyük zövq alıb. Hər kəsə uğurlar diləyirik, qonağlara isə xoşgəlmisiniz deyirik.
H. Aslanov