Onun adı unudulmazdır!


“ Mirzə Kazım-Bəy təkcə Vətəni üçün deyil, bütün dünya xalqları üçün yazmış və yaratmışdır”
M.F.Axundzadə
Məhəmməd Əli Mirzə Kazım bəy. Görkəmli Azərbaycan şərqşünası, “rus şərqşünaslığının patriarxı” Məhəmməd Əli Hacı Qasım oğlu Mirzə Kazım-Bəy uzun, maraqlı və şərəfli ömür sürmüşdür. O, 22 iyun 1802-ci ildə anadan olub.Tanınmış şəxsiyyət Mizə Kazım-Bəy Dərbənd xalqının,xüsusən də varis-miraslarının qəlbində hələ uzun illər yaşayacaq,unudulmayacaqdır.
1821-ci ildə çar hökuməti saxta arqumentlər əsasında Hacı Qasımı Dərbənddən Həştərxana göndərdikdən sonra gənc Məhəmməd Əli atasının yanına köçür. M. Kazım-Bəy Həştərxanda şərq dillərini öyrətdiyi və özünün də onlardan ingilis dilini öyrəndiyi şotland missionerləri ilə yaxından tanış olur.
Missionerlərin təsiri ilə M.Kazım-Bəy 1821-ci ildə xristianlığı qəbul edir. 1823-cü ildə isə Aleksandr Kazem-Bek adını qəbul edir.
1826-cı ildə M.Kazım-Bəy Kazan Universitetində şərq ədəbiyyatı üzrə müəllim təyin edilir.1837-ci ildə M.Kazım-Bəy professor kimi artıq türk-tatar dili kafedrasının müdiri vəzifəsini tutur, 1845-ci ildə isə o, Kazan Universitetinin fəlsəfə fakültəsinin birinci kafedrasının dekanı vəzifəsinə təyin edilir.
1849-cu ildə M.Kazım-Bəy Sankt-Peterburq Universitetinə köçürülür, burada böyük qüvvə ilə onun şərqşünas alim və Rusiyada ali şərq təhsilinin fəal təşkilatçısı kimi parlaq istedadı üzə çıxır.
Sankt-Peterburq Universitetində M.Kazım-Bəy Şərq dilləri fakültəsinin yaradılmasının təşəbbüskarı olub, 1853-cü ildə isə ilk dekanı olub. Görkəmli alim ömrünün sonuna kimi fakültənin işinə rəhbərlik edib. M. Kazım-Bəy 27 noyabr 1870-ci ildə vəfat etmişdir. Mirzə Kazım-Bəyin şərəfli həyat yolunu kiçik bir arayışla sizlərə təqdim etməkdə məqsədimiz Vətəninin adını tarixə yazan görkəmli şərqşünas alimin anadan olduğu tarixi yad etmək istəyimiz oldu.Elə bu münasibətlə də Mirzə Kazım-Bəyin mirası,şəhərimizin hörmətli ağbirçək xanımı Hüseynova Hafizə Mirzə Əli Əhməd qızı ilə görüşmək və onu bu əlamətdar tarix münasibətilə təbrik etmək istəyi oldu:

-Hörmətli Hafizə xanım,salam.Biz bilirik ki,bu gün-22 iyun görkəmli şərqşünas alim Mirzə Kazım-Bəyin anadan olduğu tarixdir, sizi bu münasibətlə səmimi qəlbdən təbrik edirəm! Mən bilirəm ki,onun xatirəsi sizin üçün çox əzizdir.
-Çox sağ olun,təşəkkür edirəm.Bəli,Kazım-Bəyin xatirəsi mənim üçün çox əzizdir.Fürsətdən istifadə edib qəzetinizin bütün oxucularına rus şərqşünaslığının patriarxı olan böyük insan haqqında bir neçə kəlmə demək istəyirəm.Məhəmməd Əli Mirzə Kazım-Bəy Dərbənd şəhərinin ilahiyyatçısı Şeyxülislam Hacı Qasım-Bəyin ailəsində anadan olub.Biz öz səcərəmizlə fəxr edirik.Biz babamız Məhəməd xandan beşinci nəsildəyik,Kazım-Bəy isə üçüncü nəsildə.Kazım-Bəy bizim nəslə Tanrının bəxşişi idi.O bizim fəxrimiz,qürur mənbəyimizdir!
Третий век идет с тех пор
Как Восток родил тебя
Третий век идет с тех пор
Как весь мир узнал тебя
И много лет пройдет еще
Не забудем мы тебя.

  • Çox gözəl.Haqqında oxuduğumuz məlumatlara əsasən o, çox savadlı,bilikli şəxsiyyət olub,bu barədə nə deyə bilərsiniz?
    -Kazım-Bəy ilk təhsilini atası Dərbənd Şeyxülislamından alıb,sonra isə mədrəsədə təhsilini davam etdirib.Bəli,düz buyurursunuz,yüksək savada malik şəxsiyyət olub. O həm şərqşünas,ərəbşünas, farsist,dilçi, filoloq,orontalist,mütəfəkkir,həm də yazıçı,publisist,tərcüməçi olub.Eyni zamanda həmişə Şərqi fanatizmdən və despotizmdən azad görmək arzusunda olub.
    Kazım-Bəy böyük şairlərin şeirlərini müxtəlif Avropa dillərinə tərcümə edib. Çox dil bilirdi: Azərbaycan, ərəb, fars, fars, türk, tatar, rus, ingilis, fransız, alman. O, xalqların ən böyük mədəniyyətləri arasında qarşılıqlı anlaşmanın əsasını yaratmışdı, burada əsas müxtəlif dilləri bilməkdir. Dünya mədəniyyəti planetimizdə yaşayan bütün xalqların dili, mədəniyyəti və tarixi ilə zənginləşmişdir.Bu üç hipostaz Kazım-Bəyin əsərlərinin tanınmasına, həmçinin böyük şərqşünas alim kimi onlarda tanınmasına səbəb olmuşdur.

-“Rus şərqşünaslığının patriarxı”nın çəkdiyi əziyyətlər necə dəyərləndirilib?

  • Əməyinə görə mükafatlara layiq görülüb, İngiltərə kraliçasının qızıl medalı ilə təltif edilmişdir.1-ci dərəcəli Şir və Günəş Şah ordeni ilə təltif edilmişdir. O, elm dünyasının bir çox akademiyalarının müxbir üzvü seçilib.Kazım-Bəy Rusiyada üç Demidov mükafatı alan ilk asiyalıdır.
    -Onun haqqında söylədikləriniz,inanın ki,sizin qədər bizi də sevindirir.Savadı,biliyi ilə şöhrət qazanmış Mirzə Kazım-Bəyə bu özəl gündə, onun 221 il bundan öncə anadan olduğu gündə ürəyinizdən nəsə demək keçirmi?
    -Əlbəttə,mən hər ilin bu gününü sevinc ,qürur və fəxrlə gözləyirəm və qeyd edirəm.Bu gün sizə Mirzə Kazım-Bəyə həsr elədiyim yeni şeirimi oxuyacağam.
    Mирза Мухамед Али Казем-Бек
    Отец мой под фраком Родины моей
    Течет на сердце кровь твоя
    По воле Господа Иисуса родила Марьям
    Иисус пророк и твой и мой
    Они и в Библии и в Коране
    Не зарекайся,что я отрекся
    Отчизну я люблю как мать родную
    Прославлю я мой город древний
    Что не подвластен он векам
    Возраст города моего родного
    Известен только Богу одному
    Всегда отец мой ты со мной
    Ты дал мне знание и ум

И воспитал меня на славу
На гордость городу родному
На славу Родины моей

Salixova S.M