Rusiya Federasiyasının Dövlət Bayrağı Günü

 

Rusiya Bayrağı Günü rusiyalıların bütün nəsilləri üçün bir bayramdır, böyük bir ölkənin tarixinə hörmətdir. Üçrəngli bayraq dövlətimizin təşəkkülü ilə qırılmaz şəkildə bağlıdır, o, hərbi qələbələrin, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərin rəmzinə çevrilib. Bu tarix hər il avqustun 22-də qeyd olunur. Rusiya Federasiyası Prezidentinin 20 avqust 1994-cü il tarixli «Rusiya Federasiyasının Dövlət Bayrağı Günü haqqında» Fərmanı əsasında yaradılmışdır. Dərbənd rayonunda, yüksək dağlıq Rukəl kəndində təntənəli şəkildə qeyd olundu, tədbir məktəbin həyətində keçirilirdi. Dərbənd rayon icra başçısı Mövsum Rəhimov tədbir iştirakçılarının qarşısında salamlama nitqi ilə çıxış edib.

 

 

“Bu gün ölkəmizdə hər kəs üçün əlamətdar bayram — Dövlət Bayrağı Günü qeyd olunur. Beləliklə, biz Vətənin əsas simvollarından birinə — rus üçrənginə dərin hörmətimizi bildiririk. O, dövlətin şanlı tarixini, Vətənimizin qüdrətini, xalqımızın mərdliyini təcəssüm etdirir! Xalqımız öz ordusu və donanması, müdafiəçilərinin peşəkarlığı və cəsarəti ilə fəxr edir. Və bu gün xüsusi hərbi əməliyyat zamanı Dərbənd rayonundan olan igid və cəsur döyüşçülərimiz öz borclarını şərəflə yerinə yetirir, Rusiya uğrunda, dinc həyat uğrunda vuruşur, Ali Baş Komandanımız Vladimir Vladimiroviç Putinin qarşıya qoyduğu bütün vəzifələri aydın şəkildə yerinə yetirirlər!” – deyə Mövsüm Rəhimov bildirib. Bayram münasibətilə Mədəniyyət, Gənclər Siyasəti və Turizm İdarəsi tərəfindən Dövlət bayrağının qaldırılması ilə fleşmob keçirilib. Ölkəmizin bayrağının rənglərində geyinmiş uşaqlar Z hərfi ilə düzülüblər. Sonra “MTsBS” MKKK-nın Rukəl kitabxanasının oxucuları şeirlər oxumuş, Dərbənd rayon MKUK “MKDTS”in vokalçıları vətənpərvərlik nömrələri əsasında hazırlanmış konsert proqramı təqdim etmişlər.