Günəşli Azərbaycanın havası, suyu o qədər mükəmməldir ki, orada dünyaya göz açan hər kəs fitri isdedada malik olur. Dünyaya gələndə səsinə Allahın əli çəkilmiş bir xanımdan. Azərbaycanda doğulub, Dağıstanı da öz səsi ilə fətt edən.
Dağıstan Respublikasının Əməkdar artisti, «Dostluğ ordeni» mükafatçısı, həm Azərbaycan, həm Ləzgi teatrlarının səhnəsinin bülbülü Rəhimova Düriyyə Gülbaba-qızı’nın yaradıcılığından söhbət açmaq istərdim. Rəqimova Duriyyə Gülbaba qızı 1929-cu il martın 25-də Quba rayonunun Qımıl kəndində müəllim ailəsində anadan olub. Atası Gülbaba müəllim də Azərbaycan xalq mahnıları, klassik musiqiləri çox sevirdi, o həm də tar çalırdı. Düriyyə xanım, özünəməxsus səsi ilə xalq və bəstəkar mahnılarını, məharətlə ifa edirdi. Sonralar onun repertuarında daxil olan mahnılar sırasında, bəstəkar Asəf Mehman da bəstələri daxil olub. Asef Mehman onunla pedaqoji məktəbdə bir yerdə təhsil alıb.
Düriyyə Gülbala-qızı, pedaqoji məktəbi bitirdikdən sonra, uşaq evində müəllim işləyib. Sonra Quba rayonunun Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. 1960-cı ildən A. Bakıxanov adına Quba Dövlət Dram Teatrında çalışıb. 30-dan çox rol oynayıb, oynadığı hər bir obraz tamaşaçıların yaddaşında qalıb. 1962-ci ildə teatr bağlandıqdan sonra Dağıstan MSSR Mədəniyyət Nazirliyinin dəvəti ilə ailəsi ilə birlikdə Dağıstana köçür. Əvvəlcə radio komitəsində, sonra isə S. Stalskiy adına Ləzgi Musiqili Dram Teatrında aktrisa kimi çalışıb. 25 ildən artıq bu teatrda o, 50 dən çox, bir-birindən gözəl rollar oynayıb. O, tez-tez tamaşaçılar qarşısında solo konsertlər ilə çıxış edib. Və hər dəfə də, o böyük rəğbətlə qarşılanıb. İstər şəhərdə, istərsə də rayonlarda öz gözəl çıxışları ilə seçilərək qarşılanıb.
1965-ci ildə Dağıstan MSSR-in əməkdar artisti, 1977-ci ildə Dağıstan MSSR xalq artisti fəxri adlarına layiq görülüb. 1986-cı ildə Xalqlar Dostluğu ordeni ilə təltif edilib.
Düriyyə Rəhimova, öz yaddaqalan və həzin səsi tamaşaçıların və onu sevənlərin ürəyində özünə bir yer tuta bilib. Bugün də, o hər kəsin yaddaşında və ürəyindədir.
Onun dəfələrlə 80 illik, 90 illik yubileyləri qeyd olunub. Bu il də, Ləzgi musiqili Dram Teatrının binasında 95 illik yubileyi qeyd olundu. Onun repertuarından həm Azərbaycan dilində, həm Ləzgi dilində ifa edildi. Yubileylə, Azərbaycan Dövlət Dram Teatrının artistləri. Dağıstan Respublikasının əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov, Sevda Beybalayeva. Artistlər Tamila Mihrabova, Zeynəb Dərbəndli.
Ləzgi Teatrının artistləri, Dağıstan Respublikasının xalq artistləri Fərizət Zeynalova, Zərifə Kuxmazova, Əməkdar artist Elmira Xankişiyeva və başqaları çıxış etdilər. Tədbirin sonunda, Düriyyə xanımın yadigarı, onun göz bəbəyi. Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət xadimi Yaqut Xandadaşova səhnəyə dəvət olundu. O anası haqqında, ən gözəl xatirələrini danışdı. «Anam o qədər öz sənətinə bağlı idi ki, səhnə onun üçün doğma evi idi. Səhnə onun üçün, Onu öz dünyası idi. O Dostluqda mərd, vəfalı insan idi. O deyirdi ki, Dağıstan adamdır, Azərbaycan anamdır.
«Mən xalqımın qızıyam,
Parlayan ulduzum.
Qədir bilən xalqımın,
Qədir bilən qızıyam».
Aman hər zaman bu sözləri dilində əzbərləyirdi. O, son nəfəsində də, sənətinə olan sevgisindən danışırdı. O 25 il Ləzgi Teatrının səhnəsində, 25 il də Azərbaycan Teatrının səhnəsində bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. Aman mənim fəxrimdir, mən fəxr edirəm ki, mən Düriyyə xanımın qızıyam. Bugün bura gələn hər kəsə, yubileylə çıxış edən artistlərimizə öz dərin minnətdarlığımı bildirirəm»- deyə söyləyib.
Onu da qeyd edək ki, Düriyyə xanımın qızı Yaqut xanımla yanaşı onun bacısı qızları Azərbaycan Teatrının musiqi üzrə rəhbəri, Dağıstan Respublikasının Əməkdar artisti Sevda Beybalayeva və aktrisa Diləfruz Şixməmmədova da öz xalçasının yolunun davamçısıdırlar.
Biz də öz adımızdan Düriyyə xanıma, Allahdan rəhmət diləyirik. Dərbəndin tanınmış şairəsi, Zeynəb Dərbəndlinin onun haqqında yazdığı bir şeiri, sizlərə təqdim edirik.
Düriyyə xanım
Xalqına mehriban, ailəsinə yar,
Onun xoş səsini, sevir insanlar,
Səhnələr bəzəyi, əsil sənətkar,
Bülbül nəfəsliydi Düriyyə xanım.
Neçə şah əsərin, şahı idi o,
Muğamın, təsnifin, mahı idi o,
Hər iki dövlətin, ruhu idi o,
Ecazkar səsliydi, Düriyyə xanım.
Deyərdi, sözümü heç vaxt danmaram,
Azərbaycan Anam, Dağıstan Atam,
Nə qədər sənət var, mən yaşayaram,
Həyat həvəsliydi
Düriyyə xanım.