Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonunda 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilmişdi. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlirərlə bərabər, bütün Azərbaycan əhalisinə toxunmuşdur. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqla şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri...
