Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Sergey Melikovu qəbul edib.Prezident İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasının müxtəlif regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurla əməkdaşlıq etdiyini qeyd etdi və bunun Azərbaycan- Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında əlaqələrin 2022-ci ildə də uğurla inkişaf...










