Qars müqaviləsinin imzalanmasından 100 il ötür. 1921- ci ilin oktyabrın 23-də Azərbaycan-Gürcüstan, Ermənistan və Türkiyə arasında Rusiyanın iştirakı ilə 20 maddədən və 3 əlavədən ibarət olan Qars müqaviləsi imzalanıb. Qars müqaviləsinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təşkil edilib və müqaviləyə əsasən Naxçıvan Azərbaycan torpağıdır, onun mənsubluğu heç bir zaman müzakirə obyekti...





